Alternative content

03:52 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
00:25 27.09.2020 “Pəri cadu”
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsgər İqor Rıskin: Vətəni qoruyanların sırasında olmağımla qürur duyuram
Əsgər İqor Rıskin: Vətəni qoruyanların sırasında olmağımla qürur duyuram
ANA SƏHİFƏ / SİYASƏT
16:34 09.12.2019

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən "N” hərbi hissədə hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib. Bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi qalıb və qalmaqda davam edəcək.

"N” hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə görüşü həmişə xoş duyğularla xatırlayacağını deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda anadan olan əsgər İ.Rıskin Milli Aviasiya Akademiyasının məzunudur. O, ötən il uçuş mühəndisliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Səmanı sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə qürurlanması ilə də fəxr edirəm”, - sözləri isə onun vətənsevərliyini təsdiqləyir.

Əsgər İ.Rıskin Müdafiə naziri ilə görüş barədə təəssüratlarını bölüşərkən deyib: "Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən, məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacağam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək, söhbət etmək barədə hisslərimi ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin qayğıkeşliklə "Bəlkə gələcəkdə hərbi xidmətini davam etdirəsən?” təklifi düşüncələrimə böyük təsir etdi. Deyəsən, hərbçi olacağam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu kimi xidmət edəcəyəm”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM