09 Dekabr 2019 15:24
541
DÜNYA
A- A+

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların məhv edilməsi üçün “sianid bombası”ndan istifadə olunması təklifini bəyənib


ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların (çəmənlik canavarları) məhv edilməsi üçün "sianid bombası” adlanan M-44 qurğusundan istifadə olunması təklifini yenidən dəstəkləyib. Bu qurğudan istifadə edilməsi avqust ayında müvəqqəti dayandırılmışdı.

AZƏRTAC-ın xüsusi müxbiri bildirir ki, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Pestisidlər üzrə Proqramlar İdarəsi ABŞ Kənd Təsərrüfatı Nazirliyinin vəhşi təbiət problemləri ilə məşğul olan agentləri tərəfindən istifadə edilmək üçün bəyənilmiş qurğuların təhlükəsizlik baxımından təkmilləşdirilməsini elan edib. Bu qurğulardan Cənubi Dakota, Texas, Montana, Vayominq və Nyu-Meksiko ştatlarında ev heyvanlarının "qənimi” olan yırtıcıları məhv etmək üçün istifadə edilirdi.

Agentlik əvvəlcə bu qurğulardan istifadə edilməsinə razılıq verib, lakin sonradan, bu ilin yayında onu bir daha araşdırmaq üçün razılığını geri götürüb. Bu qurğular yırtıcını aldadıcı yemlə cəlb edir, sonra isə heyvanın ağzına toksik natrium-sionid püskürür. ABŞ ekologiya təşkilatları buna görə agentliyi tənqid edib və M-44 qurğusundan istifadə olunmasını "qəddarlıq” adlandırıblar.

M-44 qurğularının istifadə edildiyi ştatların bəzi sakinləri federal orqanları məhkəməyə veriblər, çünki qarşılarına bu qurğular çıxan ev itləri çox vaxt ölümlə üzləşir. Federal hökumət bir ailəyə dəymiş ziyana görə 150 min dollar ödəyib. Aydaho ştatında ictimai torpaqlarda M-44 qurğusundan istifadə edilməsinə müvəqqəti moratorium elan edilib. Kolorado və Oreqon ştatlarında bu qurğular qadağan edilib.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin nümayəndələri bildiriblər ki, M-44 qurğusundan istifadə edilərkən yeni təhlükəsizlik metodları tətbiq olunacaq. Məsələn, yaşayış evlərindən 200 metr, həmçinin hər hansı yollardan və ya avtomagistrallardan 100 metr əhatəli bufer zonalarında bu qurğulardan istifadə edilməsi məhdudlaşdırılıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi yanında Vəhşi Təbiətin Mühafizəsi Xidməti tərəfindən dərc edilmiş məlumata görə, keçən il Birləşmiş Ştatlarda M-44 qurğuları vasitəsilə 6500-dən çox heyvan öldürülüb. Bunlar, əsasən, koyot və tülkülərdir. Heyvanları Müdafiə İnstitutunun nümayəndəsi Marcori Fişman isə bildirib ki, 2017-ci ildə M-44 qurğuları vasitəsilə azı 13232 heyvan, o cümlədən tülkü, opossum, yenot, skuns və ayı öldürülüb.

Lakin heyvandarlar və heyvandarlıq komplekslərinin sahibləri agentliyin bu qurğulardan istifadə olunmasına yenidən razılıq verməsini alqışlayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video