09 Dekabr 2019 13:17
1205
Elm və texnika
A- A+

Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb


Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş elmi şurasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Tarixçi alim deyib ki, Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Ulu Öndər bu quruculuğa hələ XX əsrin 40-cı illərindən başlamışdı. O, qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinədək ucaldı. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərdən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb.

Yaqub Mahmudov bildirib ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur: "Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

Akademik deyib: "Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. 2013-cü ildə elmi rəhbərliyim və ssenari müəllifliyimlə Azərbaycan Televiziyasının "Azərbaycantelefilm” yaradıcılıq birliyində Ulu Öndərin 90 illiyinə həsr olunan "Dahi azərbaycanlı” sənədli filmi istehsal olunub”.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra Tarix İnstitutunun Heydər Əliyevə həsr olunan nəşrlərinin - ikicildlik "Heydər Əliyev” fundamental araşdırması, "Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu, "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, beş kitabdan ibarət "Azərbaycan Respublikasının tarixi” ikicildliyi və başqa kitabların təqdimatı keçirilib. Bildirilib ki, Tarix İnstitutunda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir. İnstitutda bu məqsədlə geniş tədqiqat işləri aparılır, dissertasiyalar yazılır. Elmi müəssisədə Heydər Əliyev irsini araşdıran ayrıca "Əliyevşünaslıq” şöbəsi fəaliyyət göstərir.

Tarixçi alimlər - Ədalət Qasımov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqaları çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirib, dünyada tanıdıb. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Ulu Öndər öz dövründə dünyanın ən böyük dövlətlərindən biri olan Sovet İttifaqının rəhbərlərindən biri səviyyəsinə ucaldı. 1993-cü ildə o, Azərbaycan dövlətçiliyini xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video