09 Dekabr 2019 12:25
442
SİYASƏT
A- A+

MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi mövzusunda sonuncu seminar-müşavirə dekabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin əməkdaşları, rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd seçki prosesində, eləcə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltməkdir. Diqqətə çatdırılıb ki, Azərbaycan polisi hər zaman olduğu kimi, seçkilər vaxtı da sabitliyin təmin olunmasında yaxından iştirak edəcək.

Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucov və Ramiz İbrahimov çıxışlarında bildiriblər ki, bu kimi tədbirlər ənənəvi olaraq keçirilir. Qeyd edilib ki, seçkilər zamanı dairə seçki komissiyaları polis orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Bu seçkilərin də sabitlik şəraitində keçirilməsi təmin ediləcək.

Sonda seminar–müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video