Alternative content

18:16 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir
ANA SƏHİFƏ / Mədəniyyət
12:23 09.12.2019

Artıq 10 günə yaxındır ki, "Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir.

Tədbirin yüksək səviyyədə keçirilməsinə "Nargis” Fonduna baş sponsorlar olan "Boutique One”, "Azercell”, "Coca-Cola”, "Berg”, "Xırta-Xırt”, "FMG-group”, "Shokki Mokki”, "Azərçay”,”Zeytun Bağları”, "Final yağları”, İndoneziyanın Azərbaycandakı səfirliyi, "Muğan Bank”, eləcə də rəsmi tərəfdaşları "CinemaPlus”, "Azərİşiq”, "Bakı Abadlıq Xidməti”, "Dayaq Group Security” dəstək göstərirlər.

Artıq 7 ildir ki, "Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havasını və sehrli əhval-ruhiyyəsini bəxş edir.

AZƏRTAC xəbər verir ki, burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər.

Ənənəyə sadiq qalaraq yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. Yarmarkanın sponsorları ilə birgə "Nargis” Fondu əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlar – uşaq evlərin sakinləri ziyarət edəcəklər.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. 2019-cu ildən etibarən Fond tərəfindən Novruz bayramına həsr olunan yaz yarmarkası - "Torpaq əlimdə, bahar ürəyimdə” təşkil edilir.

"Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yanvarın 13-dək səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM