Alternative content

00:08 24 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin deputatı Yevda Abramovun Qubada dəfn mərasimi keçirilib
Milli Məclisin deputatı Yevda Abramovun Qubada dəfn mərasimi keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:46 08.12.2019

Dekabrın 8-də Qubada Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədr müavini kimi fəaliyyət göstərmiş Yevda Abramovla vida mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbir xəbər verir ki, Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Yevda Abramovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mərasimdə çıxış edərək Yevda Abramovun həyat və fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci il iyunun 12-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı seçilib. Azərbaycan-Argentina, Azərbaycan - Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramovu "Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, Yevda Abramov dekabrın ayının 6-da 71 yaşında vəfat edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM