Alternative content

06:38 24 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:50 24.01.2020 Tətil zəngi çalındı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslahatların səmərəliliyi dayanıqlı iqtisadi inkişafın təminatından keçir
İslahatların səmərəliliyi dayanıqlı iqtisadi inkişafın təminatından keçir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:26 08.12.2019


Aparılan islahatların məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün ilk növbədə iqtisadiyyatın dinamik inkişafı təmin edilməlidir. Deməli, islahatların əsas hədəfi güclü iqtisadiyyata malik güclü dövlət qurmaqdır.

Azərbaycanda aparılan islahatlar aparıcı beynəlxalq maliyyə qurumları olan Dünya, Avropa Yenidənqurma və İnkişaf, Asiya İnkişaf, Avropa İnvestisiya bankları, Beynəlxalq Valyuta Fondu və digər çoxsaylı təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, "Doing Business”in hesabatında ölkəmiz biznes mühitinə görə dünya üzrə 25-ci yerdədir. Yenə də həmin qurumun son hesabatında ölkəmiz dünyanın 20 ən islahatçı ölkəsi sırasında qərar tutub.

Prezident İlham Əliyev ölkədə aparılan islahatların dünyada yüksək dəyərləndirildiyini vurğulayaraq demişdir: "Mülkiyyət hüququnun qorunması sahəsində bizim yerimiz 37-cidir. Hökumətin, yəni dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik”.

İqtisadi islahatların əsas istiqamətlərindən biri ölkədə enerji məhsullarının satışından asılılığı aradan qaldırmaqdır. Məqsəd bu yolla həm qeyri-neft sektorunun, həm də regionların inkişafına nail olmaqdır. Bu sahədə məhsul istehsalının və ixracının statistikası göstərir ki, aparılan islahatların nəticəsi uğurludur. Təkcə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə məhsul ixracı 16,4 faiz artmışdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nda bildirilir ki, cari ilin 10 ayının nəticələrinə görə, ölkəmizin ixracı 16,8 milyard dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. Onu da vurğulayaq ki, həmin dövrdə qeyri-neft sektoru üzrə 1 milyard 573 milyon dollar dəyərində ixrac reallaşıb. Bu, 16,4 faiz artım deməkdir. 10 ay ərzində ölkəmizin qeyri-neft sektoruna aid ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukraynadır.

Bu ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 455,5 milyon, plastmas və ondan hazırlanan məmulatların ixracı 161,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 milyon, pambıq lifi ixracı 91,8 milyon, kimya sənayesi məhsullarının ixracı 86,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və ondan hazırlanan məmulatların ixracı 50,9 milyon, pambıq ipliyi ixracı 24,5 milyon, şəkər ixracı 24,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 milyon dollarlıq olub. Həmin dövrdə alkoqollu və alkoqolsuz içkilərin ixracı 62, plastmas və ondan hazırlanan məmulatların ixracı 56, pambıq lifinin ixracı 42, kimya sənayesi məhsullarının ixracı 36, pambıq ipliyinin ixracı 28, meyvə-tərəvəz ixracı 12, şəkər ixracı 10, elektrik enerjisi ixracı 6 faiz artıb.

Cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma 27,1 milyon dollarla birinci, qızıl (sikkə kəsilməsində istifadə edilməyən, digər emal olunmamış formalarda) 21,4 milyon dollarla ikinci, qabığı təmizlənmiş fındıq 10,7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Bu ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 477,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sifarişlərin sayı 10,3 faiz artıb. Təkcə oktyabr ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri 41 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 78 faiz çoxdur. Həmin dövrdə portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, İngiltərə, Hindistan və ABŞ qərarlaşıb.

Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq lifi və pambıq toxumu, fındıq ləpəsi, toyuq əti və yumurtası, sarımsaq, biyan kökü, tütün, qənnadı məhsulu, şərab, mebel dəsti, çay, tikinti materialı, soğan, mühərrik yağı, alma, kosmetik vasitə, nar şirəsi, qurudulmuş meyvə, qızılgül və s. mallar üzrə daxil olub.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM