Alternative content

06:38 14 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
01:28 14.08.2020 BİLDİRİŞ
01:27 14.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnfrastruktur layihələri şəhərlərin və kəndlərin simasını dəyişib
İnfrastruktur layihələri şəhərlərin və kəndlərin simasını dəyişib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:25 08.12.2019


İnsanların rahatlığı təmin olunub, ölkə müasirləşib


Sosial infrastruktur olmadan iqtisadi inkişaf da mümkün deyil. Prezident İlham Əliyev ölkənin regionlarının sosial-iqtisadi inkişafını müəyyənləşdirərkən məhz yeni, müasir infrastruktur yaradılmasını da önə çəkib.

Azərbaycan artıq bu layihələrin bəhrəsini görür. İnfrastruktur layihələri xalqın həyat və məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, həm də şəhər və kəndlərimizin simasını büsbütün dəyişib.

İnsanın yaxşı, rahat ömür sürməsi üçün onu əhatə edən infrastrukturun olması vacib şərtdir. İşıq, yol, su, qaz... "Müasir dövrdə bunlarsız necə yaşamaq olar” sualına təbii ki, müsbət cavab verən tapılmaz. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə bunlar sarıdan çəkilən əziyyət yaşlı və orta nəslin yaxşı yadındadır. Bölgələrdə işığın və istiliyin yoxluğu bütün ölkədə demoqrafik xaos yaratmışdı.

Camaat kəndlərdəki evinin darvazasına qıfıl vurub Bakıya və digər iri şəhərlərə axışırdı. Çoxları ümumiyyətlə, yaxşı dolanışıq, iş yeri axtarışında ölkəni tərk edirdi. Heç paytaxtımızın özündə də bəzən sakinlər kifayət qədər elektrik enerjisi ala bilmirdilər. Prezident İlham Əliyev həmin dövrü xatırlayaraq demişdir: "Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb”.

Bu sahədə son 15 ildə, yəni keçən ilin sonunadək 31 yeni stansiya tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb. Cari ilin sentyabr ayında Bakıda "Şimal-2” elektrik stansiyası istifadəyə verildi. Təkcə "Şimal-1” və "Şimal-2” stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saat təşkil edir. Elektrik enerjisinin bol olması təkcə işıqlı evlər və küçələr demək deyil. Onsuz gündən-günə sayı artan yeni-yeni sənaye müəssisələrinin, genişlənən xidmət şəbəkəsinin fəaliyyəti mümkün olmazdı.

15 ildə 15 min kilometr yolun çəkilməsi misilsiz bir işdir. Son dövrdə təkcə magistral yollar deyil, bölgələri bir-birilə bağlayan, hətta kəndarası yollar da çəkilib, yaxud əsaslı təmir olunub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu öz hesabatında Azərbaycanda çəkilən yolların keyfiyyətini yüksək dəyərləndirir. İndi dağlıq bölgələrimizin ən ucqar kəndlərinə qədər rahat avtomobil yolları uzanır. Bir çox rayonların illərlə insanlara narahatlıq gətirən yolları Prezident İlham Əliyevin sərəncamları ilə tam təmir edilib, yeni yollar salınıb.

Ən önəmlisi isə odur ki, bu proses davamlı xarakter daşıyır. Cari il yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısı bəyan etmişdir ki, builki Dövlət İnvestisiya Proqramına əsasən, yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək.

Yolların rəvanlığı isə həm də kəndlinin zəhmətlə əkib-becərdiyi məhsulu vaxtında və itkisiz bazara çatdırması, ailə büdcəsinə gəlir gətirməsi deməkdir.

Son dövrlərdə Azərbaycana gələn turistlərin təkcə paytaxtımızı görməklə kifayətlənməməsi, həvəslə bölgələrə də üz tutmasına yolların böyük təsiri var. Şübhəsiz ki, yeni yollar Azərbaycanın bütün rayonlarının zəngin turizm potensialından istifadə olunmasında böyük rol oynayacaq.

İndi qaz xətləri də ən ucqar kəndlərə çatıb. Ölkədə qazlaşmanın səviyyəsi 96 faizi ötür. Sovet dövrünün ən inkişaflı illərində belə qazdan istifadəyə imkanı olmayan uzaq kəndlərdəki evlərdə mavi alov şölələnir. Əhali bunu çox yüksək dəyərləndirir. Təsadüfi deyil ki, ilk dəfə qaz xətləri çəkilən ən ucqar yaşayış məntəqələrində bu hadisə sakinlərin böyük sevincinə səbəb olur və onlar dövlət başçısına minnətdarlıq duyğularını öz ürək sözləri ilə ifadə edirlər.

Bir sıra bölgələrdə qazın verilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qeyd olunub. Məsələn, İsmayıllı rayonunun dağların qoynunda yerləşən Lahıc kəndinin sakinləri evlərinə qaz çəkilməsindən duyduqları sevinci dövlət başçısı və birinci xanımla bölüşdüklərindən çox məmnun qalmışlar.

İçməli və meliorasiya suyu layihələri də davam etdirilir. Dörd böyük su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay anbarları torpağı canlandırıb, bağlara, tarlalara, çöllərə yeni həyat gətirib. Onların ümumi tutumu 470 milyon kubmetrdir. Bundan əlavə, hər il dövlət vəsaiti hesabına ən azı 300 subartezian quyusu qazılır.

Ölkədə içməli su ilə təminat ildən-ilə daha da yaxşılaşır. Bu istiqamətdə 38 şəhərdə layihələr başa çatdırılıb. Bu il həmin sıraya daha 5 şəhər daxil olacaq. 12 şəhərdə isə içməli su layihəsinə başlanıb və bu proses davamlıdır. Görüləcək işlər regionların sosial-iqtisadi inkişafına yönəldilən IV Dövlət Proqramında da öz əksini tapıb.

Həyata keçirilmiş layihələr genişmiqyaslı və çoxşaxəlidir. Bununla belə, yenə də yollar çəkilir, körpülər salınır, məktəb və uşaq bağçaları, tibb müəssisələri inşa edilir, məcburi köçkünlər üçün mənzillər və evlər tikilir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin ayrılmaz hissəsidir və vətəndaşın rifahının dövlət üçün başlıca prioritet olduğunu bir daha təsdiqləyir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM