Alternative content

23:32 22 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Könüllülük hərəkatı geniş vüsət alır
Könüllülük hərəkatı geniş vüsət alır
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:21 08.12.2019


Azərbaycan Prezidenti Şamaxıda "ASAN xidmətin açılışında iştirak edərkən bir daha gəncləri bu sahədə fəal olmağa çağırdı


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət”in fəaliyyəti artıq regionlarda da ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır. Dövlət başçısı bu günlərdə Şamaxıya səfəri çərçivəsində "ASAN Həyat” Mərkəzinin açılışı zamanı bir daha bu məsələyə toxundu. Ölkə rəhbəri bildirdi: "Şadam ki, "ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb”.

Vaxtilə ictimai xidmətlər sahəsindəki bürokratiya, süni əngəllər, süründürməçilik və digər neqativ hallar vətəndaşların haqlı narazılığına və şikayətlərinə gətirib çıxarırdı. Lakin "ASAN xidmət”in yaradılması və əhalinin bütün təbəqələrinin rəğbətini qazanması bu gün reallıqdır. Əgər belə olmasaydı dövlət başçısının da xüsusi qeyd etdiyi kimi, bu xidmət sektoruna müraciət edənlərin sayı 34 milyondan çox olmazdı. Vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin qarşısının alınması baxımından nümunəyə çevrilən "ASAN xidmət”in coğrafiyası genişlənməkdədir.

Bu xidmət mərkəzinin 16-cısı Şamaxıda açıldı. Buna qədər isə paytaxt Bakıda 5 mərkəz fəaliyyət göstərirdi. Onlara müraciət edənlərin sayının gündən-günə çoxalması da adıçəkilən xidmətin özünü doğrultması, vətəndaşların rahatlığının təmin edilməsi deməkdir. Məhz buna görə də dövlət başçısının tapşırığına əsasən paytaxtda daha iki "ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulub. Sumqayıt və Gəncədə də belə mərkəzlərin yenilərinin açılmasına ehtiyac duyulduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti onu da vurğuladı ki, "ASAN xidmət”in səyyar fəaliyyət coğrafiyası da genişlənir. 10-dan artıq avtobus ölkənin ərazisini dolaşır. "ASAN qatar”ın da fəaliyyətini bura əlavə etsək, ölkə əhalisinin bu sahəyə ehtiyacının necə yüksək şəkildə təmin olduğu barədə real vəziyyəti yarada bilərik.

Azərbaycan Prezidenti "ASAN xidmət”in artıq respublikamızın hüdudlarından kənarda da fəaliyyətə başladığını məmnunluqla qeyd etdi. Həmin sektorun özəlliyi bir də ondadır ki, burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Bu da dövlət gənclər siyasətinin tərkib hissələrindən biridir. Onların məşğulluğunun təmin olunması, xalqa xidmət mədəniyyətinin yüksəldilməsi, istedad və bacarıqlarının, eyni zamanda, vətənpərvərliklərinin təsdiqlənməsi üçün yaradılan şərait deməkdir.

"ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da işləmiş gənclərimizin həyata da vəsiqə aldıqlarını, bilikli kadrlar kimi onlara inamın artdığını diqqətə çatdıran ölkə rəhbəri bildirdi: "Bilikli, savadlı, vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, vətənə bağlı olmalıdırlar, vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar”.

Kompleksin əməkdaşlarından olan Jalə Hüseynova hələ ali məktəbdə oxuyarkən Bakıda "ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərdiyini qeyd etdi. O, Prezidentin Gənclər Günü münasibətilə respublika gəncləri ilə görüşündə "ASAN könüllü”sü kimi iştirak etdiyini xatırlatdı. Bildirdi ki, dövlət başçısı gənclərə hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalarını, öz dillərini, dəyərlərini qorumalarını və hansı sahədə işlədiklərindən asılı olmayaraq, öz işlərinin peşəkarına çevrilmələrini məsləhət görmüşdür. "...Həmin görüş mənim həyatımın dönüş nöqtələrindən biri oldu. Mən də qərar verdim ki, bu yolda addımlamalıyam və dövlət qulluğuna hazırlaşdım. Mən çox şadam ki, fevral ayında Sizin qarşınızda könüllü kimi dayanmışdım, bu gün isə dövlət qulluqçusu kimi dayanıram...”

Ölkəmizdə keçirilən bir çox möhtəşəm tədbirlərdə könüllülük fəaliyyətinə qoşulmuş Toğrul Cəfərov qeyd etdi ki, "Bakı-2015” Avropa Oyunları, "Bakı-2017” İslam Həmrəyliyi Oyunları, daha sonra üç il davam edən "Formula-1” yarışlarında, 2016-cı ildə təşkil olunan Şahmat Olimpiadasında könüllü kimi çıxış edib. İndiyədək "ASAN xidmət” ailəsinin bir fərdi könüllüsü olduğunu bildirən T.Cəfərov onu da vurğuladı ki, könüllü olan zaman bizim şəxsi inkişafımız üçün bir sıra təlimlərin, seminarların keçirilməsi, ən kiçik ehtiyacımızdan tutmuş ən böyüyünün həlli məhz dövlət başçısının gənclərə, könüllülərə göstərdiyi qayğı və diqqət nəticəsində olub. "Siz çıxışlarınızın birində qeyd etmişdiniz ki, ölkəmizdə könüllülük fəaliyyəti var və bu könüllülük fəaliyyəti daim yaşayır. Biz də öz növbəmizdə Sizə söz vermək istəyirik ki, bu illər ərzində keçdiyimiz bütün təcrübələri, Sizin bizə olan qayğınızı, diqqətinizi Şamaxı gəncləri ilə bölüşəcəyik. Bu könüllülük fəaliyyətini daim yaşadacağıq” deyə Toğrul Cəfərov bildirdi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM