08 Dekabr 2019 02:21
634
CƏMİYYƏT
A- A+

Tərtər gəncləri sabaha inamla baxırlar


Uğurlu illər sırasında mühüm ictimai-siyasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.

Prezident İlham Əliyevin cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti sayəsində son illər Tərtərin siması müqayisə edilməyəcək dərəcədə dəyişib gözəlləşmiş, rayon mərkəzi də, kəndlər də abad görkəm almış, bölgə əhalisinin güzəranı, həyat səviyyəsi əsaslı şəkildə yaxşılaşmışdır.

Dövlətin davamlı qayğısından güc alan tərtərli gənclər yeni quruculuq dövrünün fəal iştirakçılarıdır. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələr rayon gənclər və idman idarəsi olaraq bizim fəaliyyətimizə yeni və aydın istiqamət verir. Biz tikinti, abadlıq-quruculuq işlərində fəal iştirak etməklə, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verməklə yanaşı, yüksək intellektual səviyyəyə malik, vətəni canından artıq sevən yeni nəsil yetişdirilməsinə böyük önəm veririk. Uğurla reallaşan təşkilati, ideoloji işin nəticələri isə fərəhlidir. Ölkənin nüfuzlu ali məktəblərinə qəbul olunan tərtərli məzunların sayı ildən-ilə artmaqdadır. Bu il təkcə Bakı Dövlət Universitetinə qəbul olunan tərtərli gənclərin sayı 50 nəfərdən çoxdur. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun qayğısı ilə rayonumuzda onlarla məktəb, uşaq bağçası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənmişdir.

Rayon gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi gənclər və idman idarəsi olaraq fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Rayonun gənc və yeniyetmələrinin ərazidə yerləşən hərbi hissələrə vaxtaşırı səfərləri artıq bir ənənəyə çevrilmişdir. Hərbi hissələrdə əsgər və zabitlərlə maraqlı görüşlər, döyüş texnikası, müxtəlif hərbi silah-sursatlarla əyani tanışlıq gənclərin xarakterinə əhəmiyyətli dərəcədə təsir edir, onlarda hərb peşəsinə güclü maraq yaradır. Təsadüfi deyil ki, respublikada vaxtaşırı keçirilən "Şahin” hərbi-idman yarışlarında tərtərli yeniyetmələr həmişə fərqlənirlər.

18 Oktyabr - Müstəqillik Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəşilliyinin bərpasının 28-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir” şüarı altında möhtəşəm yürüş keçirilmişdir. Yürüş 7 kilometr məsafəni əhatə etmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 Noyabr - Bayraq Günü "Dalğalan ey bayrağım” adlı aksiya həyata keçirilmişdir. Aksiya çərçivəsində rayonun mərkəzi küçələrində, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binalarında, eləcə də erməni işğalından azad edilmiş Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki binalardan üçrəngli milli bayraqlar asılmışdır.

Həmin gün keçirilən yürüşün finalında 180 nəfər məktəblinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağını əks etdirən fləşmob nümayiş etdirilmişdir. Yürüşün keçirilməsində məqsəd milli artibutlarımızın təbliği, gənc və yeniyetmələr arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə məhəbbətin aşılanmasıdır.

Hər zaman dövlətinə, Prezidentinə sədaqətli olan Tərtər gəncləri sabaha inamla baxırlar. Onlar doğma Qarabağı erməni işğalından azad etməyə, düşməndən layiqli qisas almağa hər an hazırdırlar.

Emin PƏNAHOV,

Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video