Alternative content

06:37 24 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:50 24.01.2020 Tətil zəngi çalındı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu Öndərin irsini öyrənən mərkəz
Ulu Öndərin irsini öyrənən mərkəz
ANA SƏHİFƏ / Oxucu məktubları
02:14 08.12.2019


Hacıqabul rayonunda Heydər Əliyev Muzeyi 2008-ci il may ayının 10-dan fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev 2019-cu il sentyabrın 3-də ilk dəfə muzeydə olmuş, "Xatirə kitabı”na ürək sözlərini yazmışdır. Həmin dövrdə muzeyin ümumi sahəsi 258,64 kvadratmetr, eksponatların sayı 137 idi.

Mədəniyyət nazirinin 24 yanvar 2012-ci il tarixli əmrinə əsasən fevralın 1-dən Hacıqabul rayon Heydər Əliyev Muzeyi Heydər Əliyev Mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. 2012-ci ilin fevralında aparılan təmir-tikinti işlərindən sonra mərkəzin binası genişləndirilmişdir. Dövlət başçısı 2013-cü il aprelin 15-də Hacıqabula yenidən səfəri zamanı Heydər Əliyev Mərkəzinin təmir-tikinti işlərindən sonrakı vəziyyəti ilə maraqlanmışdır. Burada əlavə olaraq ekspozisiya zalı, rəsm studiyaları, elektron kitabxana, fotostudiya, xarici dil öyrənmə mərkəzi, konfrans və kino zalları yaradılmışdır.

Heydər Əliyev Mərkəzi Ulu Öndərin irsi, onun həyat və fəaliyyəti ilə bağlı eksponat, kino, video və fotosənəd nümunələrini toplayan, qoruyan, nümayişini və öyrənilməsini təşkil edən, yetişməkdə olan nəslin Ümummilli Liderin ideyalarına, milli-vətənpərvərlik ruhunda tərbiyəsinə, onların mənəvi və intellektual inkişafına kompleks yanaşmanı təmin edən mədəniyyət, təhsil və elmi-tədqiqat müəssisəsidir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin sturukturu əsasən iki hissədən ibarətdir. Birinci hissədəki ekspozisiya bölməsi ümumilikdə 334 fond vahidindən ibarətdir. İkinci hissə tədris, təlim-tərbiyə və kütləvi tədbirlər bölməsi adlanır.

Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı tədbirlər, mühazirələr, dərslər, ekskursiyalar təşkil olunur. Həmçinin icra hakimiyyətinin təşkilatçılığı ilə rayon tədbirləri, nazirlərin qəbulu, rayon Təhsil şöbəsi ilə birgə tarix aylıqları keçirilir. Mərkəzdə rayon Gənclər və İdman İdarəsi, Mərkəzi kitabxana və kitabxana filialları, Həmkarlar Təşkilatı ilə birgə filmlərin nümayişi, "Açıq qapı” günləri, Kino günləri, səyyar sərgilər, məktəblərdə, bağçalarda uşaqlarla söhbətlər, oyunlar, gənc istedadlıların üzə çıxarılması ilə bağlı rəsm, şeir müsabiqələri, intellektual oyunlar və digər tədbirlər düzənlənir. 2014-cü ilin aprelindən etibarən burada nigah mərasimləri keçirilir. Bugünədək 194 nigah qeydə alınıb.

Mərkəzdə rayonun tam orta məktəblərinin 11-ci sinif şagirdlərinə "Heydər Əliyev dərsləri” keçirilir. 1319 şagird bu dərslərdə iştirak edib.

2017-ci il iyunun 7-də mərkəzdə "Heydər Əliyev Akademiyası” açılmışdır. Bundan başqa, xalça-toxuculuq, rəsm və "Ailədə ilkin tibbi yardım” kursu fəaliyyət göstərir. Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq, toxuma və toxuculuq sənətini təcrübəli xalça ustalarından öyrənirlər.

Mərkəzin rəsm studiyasında rəssamlıq sənətinin sirləri öyrədilir. Artıq 32 nəfər rəsm kursunu bitirib və vəsiqə alıb. Kursu keçənlər mütəmadi olaraq rayon, respublika və respublikadan kənarda olan rəsm müsabiqələrində iştirak edir, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılırlar.

Heydər Əliyev Mərkəzində dərnək üzvlərinin, müəllimlərin rəsm əsərlərindən ibarət qalereya, sərgilər nümayiş olunur. Həmin eksponatlar Mədəniyyət günləri və müxtəlif tədbirlərdə mərkəzdən kənarda da sərgilənir. Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən "Bölgələrdən bölgələrə” tədbirində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əl işlərindən ibarət sərgisi Naftalan, Sumqayıt və Tovuzda nümayiş etdirilib.

Kino zalında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərə baxış keçirilir.

2019-cu ilin yanvarından noyabrın əvvəlinədək mərkəzə 10557 tamaşaçı gəlib, 511 qrup halında ekskursiya təşkil edilib.

Heydər Əliyev Mərkəzində və rayonda keçirilən bütün tədbirlər haqqında "Hacıqabul”, "Mədəni-irs” qəzetlərində və saytlarda müntəzəm olaraq məlumatlar verilir.

Heydər Əliyev Mərkəzinin tədqiqat qrupu da fəaliyyət göstərir. Həmin qrup bugünədək bir çox eksponatlar toplamağa müvəffəq olmuşdur.

Aytən ZÜLFƏLİYEVA,

Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin direktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM