Alternative content

06:47 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərd namərdə təslim olmaz
Mərd namərdə təslim olmaz
ANA SƏHİFƏ / Oxucu məktubları
02:13 08.12.2019


Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igidlər dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulur, xatirələrini əbədiləşdirmək üçün komplekslər yaradılır. Belə komplekslərdən biri bu yaxınlarda bizim kənddə açılmışdır.

Kompleksin açılış mərasimi yaddaqalan çıxışlarla zəngin oldu. Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, kənd sakinlərindən İsa Cavadoğlu, Abbas Abbasov, Elşad Kərimov dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri qayğıdan danışıb bu istiqamətdə rayonda görülən işlərdən söz açdılar.

Mərasimdə belə bir fakt da qeyd olundu ki, kəndin sakinləri qəhrəmanları ilə fəxr edir. İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan döyüşlərdə 269 nəfər şəhid verən Əyyublu kəndinin vətənpərvər oğulları Qarabağ müharibəsində də igidliklə döyüşmüşlər. Onların 9-u - Eyvaz Bayramov, Rövşən Alıyev, Ədalət Qasımov, Sahib İsgəndərov, Bəxtiyar Kərimov, Azər Məmmədov, Hikmət Məmmədov, Habil Həmzəyev, Qabil Sadıqov şəhid olmuşlar.

Onlardan biri - Eyvaz Bayramov haqqında ayrıca söhbət açmaq istəyirəm. Eyvaz 1971-ci ildə anadan olub. 1988-ci ildə Əyyublu kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-1991-ci illərdə Rusiyanın Çelyabinsk vilayətində həqiqi hərbi xidmət keçib. 1992-ci ildə vətənə qayıdıb, avqust ayından Azərbaycan Ordusunda xidmət etməyi özünə borc bilib. Sentyabrın 10-da mənfur ermənilərin Çıldıran kəndinə hücumunun qarşısını alarkən 13 nəfər döyüşçü ilə birlikdə mühasirəyə düşsə də, onlar mərdliklə döyüşüb, heç biri namərdlərə təslim olmamışdır. Eyvaz bundan sonra da bir neçə döyüşdə iştirak edib xidmət etdiyi rota ilə birlikdə Laçına yola düşür və orada "Sarıbaba” dağı adlanan ərazi uğrunda gedən döyüşlərdə vuruşur, Şuşanın Cəmillər kəndinə hücumların qarşısının alınmasında iştirak edir. Az sonra Şəmkirdəki Seyfəli kəndinə göndərilir, orada təlim keçib leytenant rütbəsi ilə Ağdərə rayonuna yola düşür. Həmin vaxtlar ermənilər Ağdərənin Çıldıran və Dovşanlı kəndlərinə genişmiqyaslı hücüma keçmişdilər. Eyvaz Bayramov bu döyüşlərdə onlarca erməni əsgərini məhv edir. Lakin 1993-cü il yanvarın 15-də döyüşda ağır yaralanır və bir gün sonra dünyasını dəyişir. Hazırda vaxtilə təhsil aldığı məktəb onun adını daşıyır.

İlqar KƏRİMOV,

Tovuz rayonu Əyyublu kəndinin sakini




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM