Alternative content

05:27 24 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:50 24.01.2020 Tətil zəngi çalındı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşləmək istəyənə hər yerdə iş var
İşləmək istəyənə hər yerdə iş var
ANA SƏHİFƏ / Oxucu məktubları
02:10 08.12.2019


Ermənistan silahlı qüvvələri Laçını işğal edəndə biz qohumluq əlaqələrimiz olan Tərtər rayonunun İsmayılbəyli kəndinə pənah gətirdik. Qohumlarımızla bərabər kənd camaatı da bizə hörmətlə yanaşıb qayğı və diqqət göstərdi.

Biz də qohum-əqrəbaya yük olmamaq üçün qollarımızı çırmayıb əkin-biçin işlərinə başladıq, mal-qara saxladıq. Çox keçmədi ki, öz qazancımızla ev tikdik, ailəmizin isti ocağı, rahat ev-eşiyi oldu.

Digər tərəfdən, dövlətin qaçqın və məcburi köçkünlərə davamlı qayğısı da uğurlu sabaha, xoş günlərə inamımızı artırdı. Haçan rayon rəhbərliyinə müraciət etdiksə, bizə həssaslıqla yanaşıldı və göstərilən qayğı fəaliyyətimizi genişləndirməyə təkan verdi.

İllər öncə cəmi bir hektarda başladığımız əkin-biçin sahəsi indi 100 hektara çatıb. Artıq kənd təsərrüfatı məhsullarından əldə etdiyimiz qazanc bizimlə birgə çalışan yeddi ailənin dolanışığını da təmin edir.

Bizim təsərrüfat əsasən toxumçuluqla məşğuldur. Bu il 50 hektar sahədə taxıl əkib-becərdik. Orta hesabla hər hektarın məhsuldarlığını 52 sentnerə çatdırıb 150 ton yüksək keyfiyyətli toxum istehsal etmişik. Toxum satdığımız Tərtər, Ağcabədi, Beyləqan, Cəlilabad və Göygöl rayonlarının fermerləri razılıqlarını bildirirlər.

Onu da deyim ki, bu il taxıl zəmilərinin məhsulunu biçib götürəndən sonra 22 hektarda qarğıdalı, 3 hektarda günəbaxan, 1 hektarda isə kartof əkib eyni sahədən iki dəfə məhsul götürdük. Gələn il təkrar əkin sahələrini genişləndirməyi nəzərdə tuturuq.

Ənənəvi kənd təsərrüfatı sahəsi olan baramaçılığa da böyük önəm veririk. 3,5 hektar sahədə Çin Xalq Respublikasından gətirilmiş 40 min çəkil əkmiş, 200 kvadratmetrlik kümxana tikmişik. Bundan başqa, cari ildə 4 hektar sahədə pambıq əkib-becərmiş, hər hektardan 42 sentner məhsul götürmüşük. Biz ətlik üçün 100 baş mal-qara, xeyli toyuq-cücə də saxlayırıq. Qulluq etdiyimiz 10 arı ailəsi ailəmizin və dost-tanışın bala olan ehtiyacını artıqlaması ilə ödəyir. Dediyim odur ki, könlündə işləmək həvəsi olan ehtiyac içində yaşamaz, özünü, ailəsini dolandırmaq üçün başqasına bel bağlamaz.

Mirzə CÜMŞÜDOV,

Tərtər rayonunun İsmayılbəyli kəndində məskunlaşmış laçınlı məcburi köçkün



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM