Alternative content

15:25 08 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözəllik, sədaqət, murad rəmzi
Gözəllik, sədaqət, murad rəmzi
ANA SƏHİFƏ / Elm və texnika
02:08 08.12.2019


Dünyanın ən gözəl heyvanı sayılan atların qədim əcdadı hesab edilən Eohippus 35 sm hündürlüyündə və 5 kq ağırlığında olub. Müasir atdan fərqli olaraq, Eohippusun hər ayaqda qabaqda 4, arxada 3 barmağı var imiş. Milyon illər davam edən təkamül nəticəsində Eohippus dəyişmiş, 100-120 sm boylu İliohippus adlanan tək dırnaqlı forma meydana gəlmişdir.

Qazıntılar və maddi-mədəniyyət materialları göstərir ki, insanlar əvvəllər vəhşi atları ovlayaraq onların ətindən və dərisindən istifadə etmişlər. Vəhşi atların əhliləşdirilməsi və onların insan tərəfindən yetişdirilməsi neolit dövrünün axırlarına, tunc dövrünün əvvəllərinə - yeni eradan 3000-3500 il əvvələ aid edilir.

Atlar əsasən 25-30 il yaşayır. Lakin İngiltərənin bəzi at növləri 62 ilə qədər yaşaya bilir. Bu, insan həyatı ilə müqayisədə 173 il deməkdir. Belə ki, atın həyatının birinci ilini insan həyatının 12 ili ilə müqayisə edirlər. İkinci ili 7 il, sonrakı 3 ilin hərəsi 4 ilə bərabərdir. 6-cı ildən başlayaraq, atın hər ili insan həyatının 2,5 ilinə çatır.

Dünyada 160-a yaxın at növləri var. Lakin bu at növlərindən ən güclüsü ərəb atlarıdır.

Atların duyğu orqanları çox yaxşı inkişaf edib. Onlar insanların eşidə bilməyəcəkləri səsləri rahatlıqla duyurlar. Atların iybilmə qabiliyyətləri də yüksək səviyyədədir. Onlar görmə qabiliyyətlərini itirsələr belə, iybilmə qabiliyyətləri sayəsində istənilən məsafəni qət etməyə malikdirlər. Atlar həmçinin iybilmə qabiliyyətləri sayəsində otların yeməli olmasını da müəyyən edə bilirlər. Aparılan araşdırmalar göstərib ki, qan qoxusu atları çox narahat edir.

Bir çox heyvanlardan fərqli olaraq atlar ətrafı rəngli çalarlarla görə bilirlər. Lakin qırmızı və göy rəng atlar üçün görünməz olaraq qalır. Atların bir unikal xüsusiyyətləri ondan ibarətdir ki, onların görmə bucağı 360 dərəcə təşkil edir. Bu isə o deməkdir ki, atlar nəinki yanlarında və öndə, hətta arxada nə baş verdiyini görürlər. Onlar qaranlıqda da çox rahatlıqla görə bilirlər.

Atların dırnaqları ən incə duyğu orqanlarından hesab edilməklə yanaşı, həmçinin qan dövranında da mühüm rol oynayır. Dırnaqlara düşən ağırlıq qüvvəsi onlara təzyiq edərək qanın yuxarı hərəkət etməsini təmin edir.

Çəkisinin ağır olması səbəbi ilə atın ayaqlarından birinə zərər dəyərsə, o biri üç ayağı üstə dura bilmir. Bu baxımdan ayaqdan zədələnmək atlar üçün böyük əziyyətdir. Bu zədə çox uzun müddətə sağalır və atın inkişafının qarşısını alır.

Həssas və emosional heyvan olan at insanın səsindən, üz ifadəsindən onun hisslərini, ruh halını anlaya bilir. Yəqin buna görə də insanların sədaqətli və etibarlı dostu sayılır.

Alimlər tədqiqatlar zamanı atların musiqilərin ritmlərini ayıra bildiyini də öyrəniblər. Atların hətta sakit musiqilərə qulaq asan zaman rahatlıqla yatdıqları müşahidə edilib. Rok janrlı bərk musiqilərdən isə həyəcanlanırlar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM