Alternative content

07:16 24 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:50 24.01.2020 Tətil zəngi çalındı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gen “kitabı”mız - DNT
Gen “kitabı”mız - DNT
ANA SƏHİFƏ / Səhiyyə
02:06 08.12.2019


Bütün orqanizmlər DNT-yə sahibdir. Dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir.

DNT tarixdə ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. Zülallar üzərində tədqiqat aparan Mişer, onlardan çox fərqli özəlliklərə sahib olan və sadəcə hüceyrə nüvəsində tapılan bir maddə diqqətini cəlb edincə, bu yeni maddəyə nüvə mənasına gələn "nuklein” adını verib.

Mütəxəssis genetik Elxan Rəsulov deyir ki, insan bədənində 50 mindən artıq gen var. Hər bir genin nukleotid ardıcıllığında minlərlə, on minlərlə nukleotid var. Bu həm bitki, həm də heyvanat aləminə aiddir, yəni eyni qanunauyğunluğa demək olar ki, bütün canlılarda rast gəlinir. DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət edir. O cümlədən irsi xəstəliklər nukleotidlərdə baş verən dəyişikliklərlə əlaqədardır.

Mütəxəssis bu dəyişikliklərin yaranma səbəbləri və nəticələri haqda bildirir ki, insanda 6 mindən artıq irsi xəstəlik mövcuddur. Bu xəstəliklərin yaranma səbəblərindən biri də bir nukleotidin digəri ilə əvəzlənməsi ola bilər. Yaxud bir nukleotidin çatışmazlığı və ya əksinə, artıqlığı yaranar. Bunlar mutasiyalar olub xarici mühitin orqanizmə təsirindən əmələ gələ bilər. Kimyəvi, fiziki və bioloji təsirlər var. Kimyəvi təsirlər deyəndə əsasən dərmanlar, fiziki təsirlər ultrabənövşəyi şüalar, radiasiya, elektromaqnit dalğalar, bioloji təsirlər isə ən sadə halda, qrip xəstəliyi və ya məxmərək nəzərdə tutulur.

Nukleotidlərdə baş verən dəyişikliklər talassemiya xəstəliyinin yaranma səbəblərindən də biridir. Bir nukleotidin digəri ilə əvəzlənməsi irsi qan xəstəliyi olan talassemiyaya səbəb ola bilər.


DNT analizi


Mütəxəssis məlumat verir ki, son zamanlar genetika sahəsində elmi irəliləyişlərə nail olunub. Ana bətnindəki dölün genetik aparatı, yəni DNT molekulu nüvədə yerləşir. Bundan əlavə, nüvə daxilində olan metaxondrilərin ayrıca genetik aparatı var. Onun tərkibində 25-30 gen olur. Əgər bunlardan birində mutasiya baş verirsə, bu, əzələ-sinir sistemində xəstəliyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün ananın nüvəsi donorun hüceyrə nüvəsi ilə əvəz olunur. Beləliklə, müasir genetikanın bu kimi imkanı sağlam uşaqların dünyaya gəlməsi ilə nəticələnir.

İnsan genetikası, fiziologiyası haqqında ətraflı məlumat almaq üçün yalnız bir üsul var - DNT analizi. DNT insan orqanizminin məlumat bankıdır. Bu məlumat bankı istər içində yerləşdiyi hüceyrənin, istərsə də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı saxlayır.

DNT analizi ölkəmizdə "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyindəki müasir avadanlıqlarla təchiz olunan molekulyar-genetik laboratoriyada həyata keçirilir. Bu laboratoriyada mülki və cinayət işləri ilə bağlı məhkəmə-istintaq orqanları tərəfindən təyin edilən qərar əsasında məhkəmə-tibbi genetik ekspertizalar beynəlxalq normalara uyğun həyata keçirilir.

DNT-nin təhlilinə əsasən keçirilən genetik ekspertizalar zamanı mübahisəli atalığın, analığın, qohumluq əlaqələrinin təyini, cinayət törədildikdə hadisə yerindən götürülən bioloji mənşəli obyektlərin (qan, ağız suyu, dırnaq, tük və s.) tədqiqi zamanı şəxsiyyətin identifikasiyası həyata keçirilir.

Təcrübə sübut edir ki, kütləvi insan tələfatı ilə nəticələnən hadisələrdə aşkarlanan, tanınmaz hala düşən meyit və ya meyit qalıqlarının identifikasiyası zamanı genetik metodların tətbiqi olmadan konkret nəticə əldə etmək mümkün deyil.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM