08 Dekabr 2019 02:05
1156
Səhiyyə
A- A+

İnsanın DNT analizinə görə xəstəliyi müəyyənləşdiriləcək


ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNT-yə görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

Məlumata görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi keyfiyyətləri proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın "UK Biobank” DNT bazasının - səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNT-sini analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb.

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılması üçün də tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video