08 Dekabr 2019 02:05
1002
Səhiyyə
A- A+

Diqqət: gen sağlığınız üçün bunlardan uzaq durun


Britaniyadakı "Human Molecular Genetics” jurnalında dərc edilən araşdırma nəticələrinə əsasən, tütün maddəsi genlərin fəaliyyətinə mənfi təsir edən kimyəvi xüsusiyyətlərə malikdir.

Həmin amillər insanın DNT-sinə çox pis təsir edir, bəzi genləri gərəkliyindən artıq çalışmağa vadar edir. Həmçinin DNT-də mutasiyaya səbəb olan ən başlıca səbəblər Günəşin bənövşəyi şüaları və narkotik maddələrdir.

Araşdırmalara görə, DNT-yə təsir edən başqa bir amil ağır metal zəhərlənmələridir ki, əsasən uşaq və yaşlılarda daha çox müşahidə edilir. Zəhərli maddələr toxumalarda yığılaraq xroniki xəstəliklərə səbəb olur. DNT-ni zədələdiyinə görə, xərçəngə də təkan verir. Ağır metallar daha çox beyin və böyrəklərdə yığılmağa meyillidir və hüceyrələrin, orqanların normal funksiyasını pozaraq ciddi zədələr yaradır.

Sənaye tullantıları, ətraf mühitin çirklənməsi, kənd təsərrüfatında istifadə edilən dərmanlar, ziyanverici həşəratlara qarşı istifadə edilən dərmanlar, mətbəx məhsulları, amalgam ehtiva edən plomblar, kosmetik məhsullar, çirkli sularda yaşayan dəniz canlıları ağır metal zəhərlənmələrində ən mühüm mənbələrdir.

Buna görə kosmetik məhsulların tərkibinə diqqət edilməlidir. Çirkli sularda yaşayan dəniz canlıları, xüsusilə dib balıqları, midye (dəniz ilbizi) qəti şəkildə yeyilməməlidir. Metal süzgəclərdən keçən suların istifadəsindən qaçınmaq lazımdır. Teflon tava qazanlar, hətta cızılmış polad (tərkibində nikel var) qazanlar da təhlükəlidir. İdxal edilən boyalı ucuz oyuncaqlar, istehsal yeri məlum olmayan boyalar, kökü bəlli olmayan keramik qablar, alüminium folqa mətbəxdə (xüsusilə isitmək məqsədli) istifadə edilməməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video