Alternative content

03:18 05 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:10 05.06.2020 Su həyatın özüdür
02:08 05.06.2020 BİLDİRİŞ
02:08 05.06.2020 BİLDİRİŞ
02:07 05.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistana aparan istintaq izləri...
Ermənistana aparan istintaq izləri...
ANA SƏHİFƏ / SİYASƏT
02:01 08.12.2019


1988-ci il fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşdu və heç yerdə işləmirdi. "Krunk”un fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlib. Belə ki, Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. "Paşa” ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplayıb, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etmişdi.

Təəssüf ki, 1988-ci ildə işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərin bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır.

Hərbçilər tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün olmuşdu.

Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürmüş, Sumqayıtın və ümumiyyətlə, Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarını istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı.

Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı "səhvən yaxalanmışlar” kimi azadlığa buraxılmışdı.


Sumqayıt hadisələrində kontrmaterialların toplanmasında Xaçaturyanın əli var idi


Moskvadan gələn müstəntiqləri isə daha çox azərbaycanlılar maraqlandırırdı. Onlar Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla amansız rəftar edirdilər. Sumqayıt hadisələri zamanı DTK-nın Sumqayıt şəhər şöbəsinin əməliyyat müvəkkili Asif Cəbrayılov məlumat verib ki, bu qrupun içində erməni millətindən olanlar da var idi. Xaçaturyan Moskva DTK-da fəaliyyət göstərən zabit idi. Bu zabitin azərbaycanlılara qarşı çox neqativ münasibəti var idi və onun fəaliyyəti barədə mütəmadi olaraq qrupun rəhbərliyinə şikayət edilirdi: "O, azərbaycanlılara qarşı qeyri-qanuni hərəkətlər edir, təhqiramiz sözlər deyirdi. Bu, bizim qürurumuza dəyirdi, bu barədə müraciətlər edəndə vəd verirdilər ki, onun haqqında tədbir görəcəklər. Ancaq heç bir tədbir görülmürdü. O, Sumqayıtda gənclərin qanunsuz olaraq saxlanılmasına rəhbərlik edirdi. Baxmayaraq ki, bu gənclərin hadisələrə aidiyyəti var və ya yox idi. Qadınlara təhqiramiz münasibət göstərirdilər. Kontrmaterialların toplanmasında Xaçaturyanın əli var idi”.

Həmin qrupdakı müstəntiqlər hər vəchlə Sumqayıt iğtişaşlarında erməni izlərini silməyə çalışırdılar, amma hətta erməni zərərçəkənlər belə onların varlığını təsdiqləyirdi. Məsələn, Sumqayıt talanlarının şahidi və evinə hücum olunan şəxslərdən biri - Melkumyan Roza Antonovna Yerevanda dindirilmə zamanı bunları deyib: "Hətta biz Yerevan ləhcəsində onlar kimi danışa bilmirik. Üç-dörd nəfər oğlan erməni dilində danışır və deyirdi: "Yox, biz ona görə gəlməmişik ki, onları sağ saxlayaq. Biz gəlmişik ki, hər şeyi yandıraq, yaxud onları öldürək. Biz onları buraxmayacağıq”.

Gözdən əlil olan Esiyan Levon da 22 sentyabr 1988-ci ildə verdiyi ifadədə ona hücum edən şəxslər haqqında deyir: "Xatırlayıram ki, erməni dilində söyürdülər. Özü də erməni dilində təmiz, aksentsiz danışırdı, bu adam erməni dilində sərbəst danışırdı”.


Axtarış üçün Bakıda və Daşkənddə dəqiq ünvanlar olsa da...


1988-ci il avqustun 23-də Azərbaycan DTK-da Sumqayıt hadisələri ilə bağlı fəaliyyət planı təsdiqlənir. Planda deyilir ki, "Sumqayıt talanlarında təşkilatçı kimi iştirak etmiş Eduard Qriqoryan talanlar ərəfəsində Stepanakert şəhərinin sakini Sərkisyan Suren Yuryeviçlə görüşüb. Sərkisyan əvvəllər Qriqoryanla bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkib. Qriqoryan ermənilərin siyahısını və narkotik təsirli həbləri ondan alıb və daha sonra həmin həbləri iğtişaş iştirakçılarına paylayıb”.

Həmin vaxt Azərbaycan SSR DTK-nın Sumqayıt şəhər şöbəsinin rəisi polkovnik-leytenant Lebedev Dağlıq Qarabağ Muxtar Vilayətinin DTK şöbəsinin rəisi Voykaya məktub ünvanlayaraq Sərkisyan Yuryeviç adlı şəxsi tapmaqda ondan kömək istəyir. 10 gündən sonra bununla bağlı Stepanakertdən cavab alır. Cavabda bildirilir ki, Sərkisyan hazırda Daşkənddə yaşayır. Stepanakertdə Pioner küçəsi, ev 4-də onun atası Sərkisyan Yuri Baxşiyeviç yaşayır. Şəhərlərarası telefon stansiyasının məlumatına əsasən onun atasının mənzilindən Daşkəndə 202-64-97 nömrəli telefona zəng olunub. Bakı şəhərində isə 74-17-18 və 64-94-40 nömrəli telefonlara zəng edilib.

Qəribədir ki, DTK-nın əməliyyat axtarış tədbirləri bundan sonra davam etdirilməyib. Halbuki axtarış üçün Bakıda və Daşkənddə dəqiq ünvanlar var idi. Sərkisyanın axtarılması haqda məlumatlar ictimaiyyətdən gizlədilib və axtarışı heç bir izahat verilmədən dayandırılıb...


Yerevandakı idman-konsert kompleksinin direktorunun avtomobili niyə hadisələr zamanı Nasosnıda idi?


Sumqayıtdan Ermənistana uzanan və Ermənistanda izi itən istintaq izlərindən biri də Yerevandakı idman-konsert kompleksinin direktoru Robert Amayakoviç Çaqikyana məxsus avtomobillə bağlıdır. Bayramov soyadlı bir vətəndaş fevralın 15-20-si arasında evə qayıdarkən içərisində 4-5 kişinin olduğu Ermənistan seriyalı maşının Nasosnı (indiki Tağıyev qəsəbəsi) ərazisində olduğunu görüb. Bu nömrə nişanlı avtomobilin kimə məxsusluğu və fevralın 15-dən 30-dək harada olması ilə bağlı Ermənistan DTK-ya şifrteleqram ünvanlanıb. Yerevandan alınan cavabda isə teleqramın yalnız bir hissəsinə cavab verilib ki, həmin nömrə nişanlı Qaz-24 markalı ağ rəngli avtomobil Yerevandakı idman-konsert kompleksinin direktoru Çaqikyan Robert Amayakoviçə məxsusdur...

Ümumiyyətlə, istintaq materiallarında tez-tez belə ifadələrə rast gəlinir: "sumqayıtlı olmayan”, "qara plaşlı”, "erməni dilində danışan” və s. Bu, sıravi istintaqçıların da diqqətini cəlb edirdi. Bəzi ifadələrdə, hətta istintaqçıların da həmin adamları axtardıqları, amma bu məsələnin sonuna çata bilmədikləri məlum olur.

1988-ci ildə Oryol vilayət Prokurorluğunun böyük müstəntiqi, SSRİ Prokurorluğunun Sumqayıt hadisələrini araşdıran istintaq qrupunun üzvü Niyazi Vəlixanov da bildirib ki, "Qara plaşlılar” barəsində məlumatlar daxil olurdu, onların şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat tapşırıqları verilirdi, ancaq o işlərin hansı qaydada həll olunması və onların nəticəsi bizə bildirilmirdi: "Katusev (SSRİ Baş prokurorunun müavini) gələndən sonra göstəriş verdi ki, "işlər yekunlaşsın, məhkəməyə göndərilsin”, bundan sonra o məsələlər istintaq qrupu üçün maraq kəsb etmirdi. Ona görə də onun sonrakı taleyi mənim üçün aydın deyil”.

Ümumiyyətlə, Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər olub. İş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif vilayətlərindən dəvət olunan müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbəri cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb. Buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib və Azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərini saxlamağa çalışıb.


İstintaqı dayandırılan 5 cinayət işinin icraatı təzələnib


Ona görə də hadisələrin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılan 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilib və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər və təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib.

Respublikamızın istintaq qrupu tərəfindən toplanan materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilən təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq istəyiblər. Azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM