07 Dekabr 2019 22:12
1091
Elm və texnika
A- A+

SMOMPK toplusunda “erməni folkloru” kimi təqdim olunan xalq ədəbiyyatı nümunələrimiz Azərbaycan dilinə tərcümə edilir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, elmi əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova "Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) toplusunun üçüncü cildində "erməni folkloru” kimi təqdim olunan Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini doğma dilimizə tərcümə edirlər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, SMOMPK toplusunda "erməni” folkloru kimi təqdim edilən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri həddən artıq çoxdur. Belə faktlar erməni plagiatçılığının uzun tarixi olduğunu sübut edir. Bu materiallar ayrıca bir cild şəklində nəşr ediləcək. Artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir.

Qeyd edək ki, 1881-ci ildən başlayaraq Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində "Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) - ("Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) məcmuəsinin nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün əlamətdar hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı.

Toplunun müxtəlif buraxılışlarında Azərbaycan türk folkloru ilə yanaşı, Qafqazın müxtəlif xalqlarının, o cümlədən erməni və gürcü şifahi xalq ədəbiyyatı örnəkləri geniş şəkildə yer alıb. Məcmuədə müxtəlif erməni folklor janrlarından ibarət örnəklər "Zaqafqaziya erməni xalq filologiyası”, "Erməni əfsanə və nağılları”, "Erməni nağılları, rəvayətləri və əfsanələri” və sair başlıqlar altında işıq üzü görüb. Bu materiallarla, örnəklərlə tanış olduqda onların, xüsusilə də dastan, nağıl kimi böyük həcmli əsərlərin Azərbaycan türk folklorundan iqtibas edildiyini, alındığını görmək olar. Topluda "erməni folklor”u kimi göstərilən bir çox əsərlərdə təsvir edilən hadisələr ölkəmizin ərazisində Azərbaycan gerçəklikləri əhatəsində baş verir. Məhz bu səbəbdən bu materialların ana dilimizə tərcüməsi və milli folklor nümunələri olaraq ictimaiyyətə təqdim edilməsi olduqca zəruridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video