07 Dekabr 2019 14:34
522
DÜNYA
A- A+

Tramp Dünya Bankından Çinə kredit verməməyi tələb edir


ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır. O, bununla bağlı Twitterdəki səhifəsində yazmışdır: "Niyə Dünya Bankı Çinə borc pul verir? Bu necə ola bilər? Çinin pulu kifayət qədərdir, pul çatmayanda isə onlar onu yaradırlar. Buna son qoymaq lazımdır!”
Cari ilin aprel ayında ABŞ Maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Melpas Dünya Bankına rəhbər təyin edilmişdir. O, Çinə böyük məbləğdə kreditlər verdiyinə görə bankı tənqid edirdi.
Ötən ildən etibarən Tramp Çində istehsal olunmuş bir sıra mallara qoyulan gömrük rüsumlarını qaldırdıqdan sonra ABŞ və Çin ticarət müharibəsi vəziyyətindədir. Pekin cavab tədbirləri görmüşdür. Hazırda tərəflər ticarət sazişi barədə danışıqlar aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video