Alternative content

22:20 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Regionların yüksəlişi hər zaman prioritet istiqamətdir
Regionların yüksəlişi hər zaman prioritet istiqamətdir
ANA SƏHİFƏ / SİYASƏT
01:23 07.12.2019


İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında bölgələrin tərəqqisi istiqamətində həyata keçirilən layihələr uğurlu nəticələr verir


Dövlət və cəmiyyət həyatının bütün sahələrində sistemli, institusional islahatların, fundamental dəyişikliklərin aparıldığı 2019-cu ili başa vurmaq üzrəyik. İl ərzində ölkədə gedən ictimai-siyasi proseslərə, əldə edilən nailiyyətlərə nəzər yetirsək, həqiqətən də 2019-cu ili ölkəmiz, xalqımız adına uğurlu il hesab etmək olar.

İlin əvvəlindən başlayan sosial-iqtisadi islahatlar həm əhalinin rifah halının yüksəlməsinə, həm ölkə iqtisadiyyatının, kənd təsərrüfatının, ümumilikdə regionların tərəqqisinə xidmət etmiş oldu. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramının, dövlət investisiya layihələrinin icrası nəticəsində yeni avtomobil yolları çəkilib, içməli su təchizatı və kanalizasiya sistemləri yenilənib, sosial-iaşə obyektləri, mühüm sənaye müəssisələri, aqro və texnoparklar istifadəyə verilib.


Bir ildə Şamaxıya 3-cü səfər


Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev regionlara səfərlər edərək görülən işlərlə yerində tanış olub, müxtəlif sosial infrastrukturların açılışını edib, əhali ilə görüşərək problemləri ilə maraqlanıb və onların icrası ilə bağlı ciddi tapşırıqlar verib. İlin əvvəlində, fevral ayının 5-6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq üçün fevralın 7-də Şamaxıya səfər edən cənab Prezident evi dağılan, qəzalı duruma düşən sakinlərə mənəvi dəstək verərək dövlətin onlara yardımçı olacağına söz verdi. Verdiyi bütün sözlərə sadiqliyi ilə hər zaman xalqın etibarını, etimadını qazanan cənab İlham Əliyevin tapşırığı ilə zəlzələdən ziyan çəkən vətəndaşlara yeni mənzillər tikildi. Özü də əvvəlkindən daha möhtəşəm, daha əzəmətli. Dövlət başçısı yeni mənzillərinə köçən sakinlərin şəraiti ilə maraqlanmaq üçün martın 7-də yenidən Şamaxıya səfər etdi. Vətəndaşlarla görüşüb bir daha onların problemləri ilə maraqlandı və qəzalı evlərlə bağlı yenidən göstəriş verdi.

10 aydan sonra, dekabrın 5-də dövət başçısı verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün yenidən Şamaxıya üz tutdu. Yeni mənzillərinə köçən sakinlərin qonağı oldu. Söhbət əsnasında evin ağbirçəyi Xuraman Həsənovanın xalqa göstərdiyi diqqətə, qayğıya görə cənab İlham Əliyevə söylədiyi səmimi fikirlər diqqət çəkdi: "Bizim Prezidentimizdən heç bir yerdə yoxdur, bir dənədir, xanımı da, özü də. Allah övladlarının canını sağ eləsin, o bir oğlunu gözünə çıraq eləsin. Allaha şükür ki, Siz bu insanlara yardım edirsiniz, belə şərait yaradırsınız. Çox sağ olun, Allah Sizdən razı olsun. Ömrünüz uzun olsun, Sizə qurban olum. Mən bu sözləri bu evə görə demirəm. Siz gözəl insansınız. Belə Prezident heç bir yerdə yoxdur”.

Ağbirçək ananın səmimi fikirləri bir daha onu göstərir ki, xalq Prezidentinə hər zaman inanır və güvənir. Elə cənab İlham Əliyevə də güc verən budur - xalqın etimadı, güvəni...

Prezident isə dedi ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların hər zaman yanındadır: "Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır”.

Söhbət əsnasında o da bəlli oldu ki, Şamaxıda zəlzələdən əziyyət çəkən sakinlərə 10 aya 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilib. Bundan başqa, çoxlu bərpa işləri də görülüb. Təkcə Şamaxı rayonu üzrə 1175 evdə bərpa işləri aparılıb. Bu evlər, demək olar ki, yenidən tikilmiş evlərə bərabərdir.

Bütün bunlar bir daha təsdiq edir ki, dövlət hər zaman vətəndaşının yanındadır və vətəndaşların problemlərinin həlli daim diqqət mərkəzindədir. 10 ay ərzində bütün evlərin yenidən tikilməsi və təmir olunması isə misli görünməmiş hadisədir. Dövlətin vətəndaşların problemlərinə bu cür həssas münasibəti onun niyyətini, gücünü göstərir.


Kompleks inkişaf planı təsdiqlənib


Prezident Şamaxının sosial-iqtisadi inkişafı və gələcək planlar barədə də məlumat verərək rayon sakinlərinə xoş xəbərlər çatdırdı. Şamaxı rayonunun kompleks inkişaf planının artıq təsdiqləndiyini söyləyən dövlət başçısı rayon üçün kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınlarının alınacağını da dedi.

Plana əsasən dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. Şəhərdaxili yollara yenidən asfalt salınacaq: "Şamaxı qədim tarixi yerdir. Qədim xəritələrdə Şamaxının adı var. Adı əsrlərboyu xəritələrdə öz əksini tapan şəhərlər o qədər də çox deyil. Şamaxı o şəhərlərdəndir, tarixi şəhərdir, Şirvanın mərkəzidir. Elə zəlzələdən sonra Şirvanşahlar buradan Bakıya köçüblər, Bakıda saray tikiblər. Amma onların yeri buradır. Nəsiminin vətəni buradır. Biz bunu, əlbəttə ki, qiymətləndirməliyik”.

Prezident həmçinin bu səfər zamanı Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışını da etdi. Ümumi uzunluğu 16 kilometr olan yol yenidən qurularaq 4 zolağa genişləndirilib.

Prezidentin tapşırığı ilə Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir ediləcək. Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxıda qazlaşdırma 95 faizdir. Elektrik enerjisi təchizatında isə heç bir problem yoxdur.

Hazırda Şamaxıda böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcək. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır.

Göründüyü kimi, Şamaxı rayonunun kompleks inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Cənab Prezidentin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sənədlər də bunu bir daha təsdiqləyir.


İlin ilk "ASAN Həyat” kompleksi


Prezidentin Şamaxı səfəri daha bir tarixi hadisə ilə əlamətdar oldu. Ölkəmizdə sayca 16-cı, 2019-cu ildə isə ilk olan Şamaxı "ASAN Həyat” kompleksi açıldı. Cənab İlham Əliyevin intellektual məhsulu olan bu xidmət bu gün təkcə ölkəmizdə deyil, xaricdə də böyük rəğbətlə qarşılanır.

Elə statistik göstəricilərə də nəzər yetirsək görərik ki, ölkə əhalisi bu xidmətdən çox razıdır. Bugünədək ölkə üzrə "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 9 ay ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib.

Ölkə üzrə sayca 16-cı olan bu kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. "ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Kompleksin əməkdaşları ilə səmimi söhbət edən cənab İlham Əliyev "ASAN Xidmət”in yaranışından, üstünlüklərindən söz açaraq dedi ki, bu xidmət cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olub. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor olub və vətəndaşlar çox əziyyət çəkiblər.

Onu da diqqətə çatdıraq ki, bu il ölkəmizdə 5 "ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur. Şamaxıdan sonra hazırda tamamlanma işləri gedən Kürdəmir, Ağcabədi və Tovuzda da mərkəzlər açılacaq. Balakəndə isə gələn il istifadəyə veriləcək.

Dövlət başçısı bu xidmətin ərsəyə gəlməsi, imkanları barədə danışarkən vurğuladı: "ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. "Bakutel” sərgisində də mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. "ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür”.

Bəli, Prezidentin də dediyi kimi Azərbaycanın intellektual brendi olan "ASAN həm də cənab İlham Əliyevin yürütdüyü siyasəti əks etdirir. Bu siyasət də hər bir sahədə şəffaflığın, dürüstlüyün olmasının tərəfdarıdır.

Bir sözlə, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında bölgələr tərəqqi dövrünü yaşayır. Dövlət başçısının regionların inkişafı ilə bağlı verdiyi bütün vədlərə əməl etməsi, indiyədək heç bir proqram və layihənin təxirə salınmaması, regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının uğurlu icrası bölgələrin simasını büsbütün dəyişib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM