Alternative content

04:24 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artırılır
Xalçaçılığın inkişafına dövlət qayğısı ildən-ilə artırılır
ANA SƏHİFƏ / Mədəniyyət
01:10 07.12.2019


Azərbaycanda xalçaçılığa münasibət istər sadə insanlar, istərsə də dövlət tərəfindən həmişə qayğı ilə əhatə olunmuşdur. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi dəstək göstərmişdir.

Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2016-cı il 5 may tarixli sərəncamına əsasən, "Azərxalça” ASC yaradılmışdır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri inşa edilmişdir. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bunlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan dəstəyinin, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirilməsinin önəmli nümunələridir. Bu qədim el sənətinə müasir yanaşma Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha intensiv inkişafına misilsiz töhfələr vermişdir.

Ölkə rəhbərinin qayğısı sayəsində Azərbaycanda xalçaçılıq sənəti yaşadılır. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb həm də bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Yarandığı ilkin dövrlərdə məişət tələbatını ödəyən xalça getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların həyatının ayrılmaz hissəsinə, istehsal fəaliyyətinin aparıcı növünə çevrilmişdir. Sənətkarlar estetik zövqlərini xalçalarda əks etdirməklə öz dövrlərinin ümumi mənzərəsini toxuduqları xalçalara köçürürlər. Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması, ilk dəfə olaraq Azərbaycanda həyata keçirilmişdir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılmışdır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilmişdir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanmış və onların əsasında "Azərxalça”nın filiallarında xalçalar toxunmuşdur.

Dünyanı heyrətə gətirən Azərbaycanın xalçaçılıq sənəti 2010-cu ildə UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi, sərvəti sayılır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoymuşdur. Odur ki, yaradılan fabrik və filiallarda xalça və xalça məmulatlarının istehsalı genişləndirilir, onların daxildə və xarici ölkələrdə satışını yüksək səviyyədə təşkil etməklə, istehsalatda yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu, həm də qədim xalçaçılıq sənətinin yeni layihələrlə zənginləşməsinə xidmət edir.

Azərbaycanda xalçaçılıq sənətinin inkişafı, bu sahədə istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə ölkəmizdə 30-dan çox xalça fabrikinin inşası nəzərdə tutulub. Cari il oktyabr ayının 28-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qəbələ filialının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün çox böyük işlər görüləcək. Dövlət başçısı bildirib ki, bu məqsədlə "Azərxalça” müəssisəsi yaradılıb və ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir: "Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq. Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlər boyu yaşayıb”.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Sumqayıt Kimya Sənaye parkında yun-əyirici boya fabriki tikilib. Hazırda avadanlıqların quraşdırılması prosesi davam etdirilir. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq. Bununla da həm yeni iş yerləri yaradılır, gənc xalçaçılar yetişdirilir, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir. Yun-əyirici boya fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikin xammalla təmin edilməsi məqsədilə respublikanın 5 bölgəsində regionun yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Həmin məntəqələr Naxçıvanda, Sabirabadda, Bərdədə, Şabranda və Qobustanda yerləşir. Regional məntəqələrin hər biri ildə 1500 ton yun qəbul etmək imkanına malikdir. 2021-ci ildən respublikanın bölgələrindən təbii boyaq bitkilərinin qəbulu da həyata keçiriləcək. Öz yunumuzdan ip istehsal olunacaq, öz təbii boyaqlarımızla boyanıb yerli istehsalda Azərbaycan xalçaları toxunacaq.

Təsadüfi deyil ki, ölkəmizə gələn turistlər, eləcə də Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da asudə vaxtlarında Azərbaycan xalçalarına maraq göstərməkdə israrlıdırlar. Misal üçün, Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində olmuşlar.

Xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında geniş bilgi əldə edən xanımlara bildirilmişdir ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin "qızıl fond”unu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır.

Ziyarətçi xanımlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça nümunələrinə heyranlıqla tamaşa etmişlər. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaratmışdır.

Azərbaycan xalçalarına dünya bazarında da maraq güclüdür. Xatırladaq ki, bu il Yaponiyanın 2 ixtisaslaşmış şirkəti Azərbaycanda olmuş, razılığa əsasən "Azərxalça”nın məhsulları Yaponiyaya ixrac edilməsi qərara alınmışdır. İlkin mərhələdə həmin şirkət tərəfindən 10 ədəd xalça alınmışdır. Gələcəkdə satılan xalçaların sayı artırılacaq. Azərbaycanın istehsal etdiyi xalçalar keyfiyyətli olduğu üçün dünya bazarlarında bu xalçalara tələbat daha çoxdur.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM