Alternative content

19:36 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Seçki məntəqələrində son hazırlıq işləri gedir
Seçki məntəqələrində son hazırlıq işləri gedir
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:03 07.12.2019


Beynəlxalq təcrübədən yararlanmaqla ən qabaqcıl iş prinsiplərini gündəlik fəaliyyətlərində tətbiq edən bələdiyyələr artıq insanlar arasında nüfuz qazanaraq özünü doğruldur, ölkədə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Elə bu səbəbdən də sakinlər bələdiyyə seçkilərində fəallıq göstərir, fəaliyyətlərini insanların tələb və təklifləri əsasında quran yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyirlər. Dövlətin də məqsədi şəffaf şəkildə təşəbbüskar, tanınmış və cəmiyyətdə nüfuz sahibi olan adamların bu qurumda fəaliyyət göstərməsinə nail olmaqdır.

Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq kampaniyası da əvvəlki seçkilərdə olduğu kimi, mütəşəkkilliklə davam edir. Artıq bütün dairə seçki məntəqələrində hazırlıq işləri başa çatmaq üzrədir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin sədri Abbas Zalovun verdiyi məlumata görə, seçkilərə ciddi hazırlıq işləri gedir. Dairədə 74 seçki məntəqəsi fəaliyyət göstərir ki, onun da 46-sı Göygöldə, 28-i Daşkəsən rayonundadır. Ümumilikdə ərazidə 42 min 2 nəfər seçici var. Seçicilərdən 35 min 23 nəfəri Göygöldə, 6 min 979 nəfəri isə Daşkəsəndədir. Artıq seçici siyahıları dəqiqləşdirilmiş, namizədlərin qeydə alınması başa çatdırılmışdır. Son məlumata görə, dairədə Göygöldən 206 yerə 629, Daşkəsəndə isə 95 yerə 287 nəfər namizəd qeydiyyatdan keçmişdir.

Əvvəlki seçkilərdən fərqli olaraq builki seçkilərdə siyasi partiyalardan daha çox - 24 nəfər namizəd qeydə alınmışdır. Bunlar Böyük Qurtuluş, Vətəndaş Birliyi, Azərbaycan Demokratik İslahatlar və Yeni Azərbaycan partiyalarıdır. Seçkiləri izləmək üçün 235 müşahidəçi də qeydə alınmışdır.

Seçki məntəqələrində seçicilərin səs verməsi üçün hər cür şərait yaradılıb. Səsvermə kabinələri quraşdırılmış, davamlı elektrik təminatı üçün ehtiyat generatorlar qoyulmuşdur. Dairəni əhatə edən məntəqələrin 9-da veb-kamera quraşdırılmışdır ki, bu da seçkilərin şəffaf və obyektiv keçməsinə təminat yaradacaqdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM