06 Dekabr 2019 22:50
605
İQTİSADİYYAT
A- A+

TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib


Bakıda TRASEKA-ya üzv ölkələr arasında əlaqələr müzakirə edilib


Bakıda TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və komissiyaya sədrlik Azərbaycana ötürülüb. İclasda TRASEKA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri, TRASEKA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRASEKA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini bildirib.

M.Cabbarov "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb. Bildirilib ki, TRASEKA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.

Sonra TRASEKA-nın baş katibi Mirça Çiopraqanın TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 13-cü iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.

TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.

İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, TRASEKA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.

Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRASEKA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRASEKA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.

Komissiyanın iclası çərçivəsində TRASEKA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video