06 Dekabr 2019 17:16
563
SİYASƏT
A- A+

Əli Əhmədov: Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar yenilənmədən, müasirləşmədən xəbər verir


Azərbaycanda həyata keçirilən möhtəşəm layihələr hər şeydən əvvəl ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının yanındadır. Hər bir Azərbaycan vətəndaşı Prezidentin diqqət və qayğısı ilə əhatə olunub və şübhəsiz ki, hər bir vətəndaş da öz Prezidentinə inanır və arxalanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Baş Nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti hər zaman öz humanistliyi, xeyirxahlığı, nəcibliyi ilə dövlət məmurlarına nümunə göstərir, öz əməlləri ilə məmurlara sübut edir ki, onların əsas vəzifəsi vətəndaşlara xidmət göstərməkdir.

Əli Əhmədov qeyd edib ki, ölkədə həyata keçirilən islahatlarda sosialyönümlülük özünü daha qabarıq şəkildə göstərir. O, təkcə bu il vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əməkhaqqının, pensiyaların iki dəfəyə qədər artırılmasını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkənin iqtisadi gücü artdıqca vətəndaşların rifah halının yüksəldilməsi üçün ayrılan vəsaitin də məbləği artırılacaq. Qarşıya qoyulan əsas məqsəd hər bir vətəndaşın respublikamızın potensial imkanlarından faydalanmasını təmin etmək, onun güzəranını yaxşılaşdırmaqdır.

YAP sədrinin müavini Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə də münasibət bildirib: "Hesab edirəm ki, ölkə vətəndaşları Milli Məclisin buraxılması ilə bağlı YAP-ın təşəbbüsünü müsbət qarşılayırlar. Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyası bütövlükdə Azərbaycanda yenilənmədən, müasirləşmədən xəbər verir. Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə fəal iştirak edəcək. Ümid edirik ki, vətəndaşlar arasında böyük nüfuza malik olan lider partiyamızın üzvləri say çoxluğu ilə yeni parlamentdə üstünlük təşkil edəcəklər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video