06 Dekabr 2019 14:49
500
SİYASƏT
A- A+

Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib


Dekabrın 6-da Bakıda keçirilən "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə çox tutarlı və məntiqli cavab verib.

AZƏRTAC xəbər verir ki, nazir Mikayıl Cabbarov iclasın mədəni proqramının təşkilinə görə erməni nümayəndənin reaksiyasını yaxşı anladığını vurğulayıb. Nazir deyib ki, bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu. Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASEKA-nın karvanı isə öz yoluna davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video