Alternative content

03:42 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi
Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:47 06.12.2019


Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uyğun olaraq Azərbaycanın hər yerində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunub. Aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətilərinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 2000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkiblər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng ediblər.

Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir.

Gün ərzində bu aksiya paytaxtın bütün rayonlarında davam edib.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM