Alternative content

15:13 08 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Brüsseldə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib
Brüsseldə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
11:34 06.12.2019

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyinin, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin, Brüsseldəki müxtəlif qurumların və təşkilatların təmsilçilərinin iştirak etdikləri görüşün əsas müzakirə mövzusu Azərbaycanla-Aİ münasibətləri və Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyət olub.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin mövcud vəziyyəti müzakirə olunub, yenilənməsi gözlənilən çərçivə sazişi ilə bağlı danışıqlardan bəhs edilib.

BMTM-in sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır. Tərəflər arasında enerji və nəqliyyat sahələrində artıq reallaşdırılmış çoxsaylı layihələr bu tərəfdaşlıq üçün əhəmiyyətli zəmin hazırlayıb.

Fərid Şəfiyev diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların qanunsuz işğalını davam etdirir. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini pozan populist və əsassız bəyanatları səbəbindən bu il ərzində problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb. F.Şəfiyev Avropa İttifaqını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də regiondakı oxşar digər münaqişələrə ayırdığı diqqəti və dəstəyi göstərməyə çağırıb.

Sonra çıxış edən "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev torpaqlarımızın işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, son bir ildə icmanın gördüyü işlərdən bəhs edib və münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM