06 Dekabr 2019 11:14
544
İQTİSADİYYAT
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb


"Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə "Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə danışıb. Son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən kompleks tədbirlərdən söhbət açılıb.

Sonra Dünya Bankı ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində bankın iştirakı ilə bağlı müzakirələr olub. "Azərbaycan Dəmir Yolları” QSC-də idarəetmə sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru S.Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir. Bu kreditlərin əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir.

Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video