Alternative content

05:29 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
00:25 27.09.2020 “Pəri cadu”
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 200-dən artıq saziş, 5 “yol xəritəsi”, 6,1 milyard dollarlıq sərmayə
200-dən artıq saziş, 5 “yol xəritəsi”, 6,1 milyard dollarlıq sərmayə
ANA SƏHİFƏ / SİYASƏT
04:27 06.12.2019


Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya, bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri çoxşaxəli münasibətlərin inkişafına dinamizm verdi


Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətləri mühüm mərhələyə qədəm qoyub. Bunu şərtləndirən ilk amil hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, intensiv dialoqlarıdır. Təkcə ötən ilin əvvəlindən bugünədək cənab İlham Əliyevlə, cənab Vladimir Putinin doqquz dəfə görüşməsi deyilənləri təsdiq edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın noyabrın 20-25-də Rusiyaya rəsmi səfəri, keçirdiyi görüşlər və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bugünlərdə Azərbaycana gəlişi də çoxşaxəli münasibətlərin inkişafına böyük töhfə verdi.


Rusiya hökuməti Mehriban xanım Əliyevanın təşəbbüslərini həyata keçirəcək


Bu səfərlər əlaqələrin daha da dərinləşməsinə yeni dinamizm verdi, desək yanılmarıq. Çünki Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə Prezident Putin tərəfindən "Dostluq” ordeni ilə təltif olunması, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşləri, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimi, Regionlararası Forumda iştirakı yüksək qiymətləndirildi.

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşü zamanı da bu səfərin əhəmiyyətini dəyərləndirərkən dedi ki, Mehriban xanımın Rusiyaya səfərinin gedişində müzakirə edilən təşəbbüslər Rusiya hökuməti tərəfindən hökmən həyata keçiriləcək: "Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu - innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək”.

S.Lavrovun fikrincə, Birinci vitse-prezidentin Rusiyaya səfərinin daha bir maraqlı və çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda gənc nəslin münasibətlərə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə gəlincə isə S.Lavrov dedi ki, ölkəsi bundan sonra da ortaq mövqelərin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcək: "Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək”.

S.Lavrov ölkəsinin münaqişənin dinc yolla nizama salınması üzrə vasitəçilik səylərinin davam etdirilməsini vacib hesab etdiyini və bu istiqamətdə fəal olmaq niyyətində olduğunu bildirdi.


200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə


Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji olmaqla yanaşı, qarşılıqlı inama və etibara əsaslanır. Göründüyü kimi, bütün sahələr üzrə əlaqələr inkişaf etməkdədir. Son illər iqtisadi-ticari, humanitar əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük işlər görülüb.

Hazırda iki dost ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 "yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənib.

Noyabrın 23-də Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumundakı çıxışında regionlararası əməkdaşlığı ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi adlandıraraq Azərbaycanın Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxladığını vurğuladı.

Sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Mehriban xanım Əliyeva konkret nümunələr kimi "SOCAR Polymer” müəssisəsinin, "Azərikimya” müəssisələrinin modernləşdirilməsi, "KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, "P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərdi.


Yeni magistral yol, Samur çayı üzərindən birgə tikilən körpü


Tranzit-nəqliyyat sistemi də qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin yaradılması ən mühüm müştərək layihələrdən biridir.

Mehriban xanım vurğuladı: "Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. "Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizi” də uğurla fəaliyyətə başlayıb”.

Birinci vitse-prezident diqqətə çatdırdı ki, bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, bu ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək.


Rusiya kapitallı 700-ə yaxın müəssisə, 3 milyard dollarlıq ticarət dövriyyəsi


Göründüyü kimi, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya yatırıb.

Ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Rusiya Federasiyasının ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.

Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Azərbaycan da öz növbəsində, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alır. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Turizm sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Azərbaycana gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

Son illərdə humanitar əməkdaşlıq da əhəmiyyətli dərəcədə fəallaşıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.


Əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur


Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq getdikcə inkişaf edir, daha da dərinləşir. Mehriban xanım Əliyeva da bu əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanların olduğunu deyərək əminliklə vurğuladı ki, birgə əməkdaşlıqla yeni qarşılıqlı faydalı layihələr reallaşacaq. Bu, iki ölkə arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın ruhuna uyğundur. Çünki münasibətlər əsl tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Əminliklə demək olar ki, cənab İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində iki ölkə arasında əlaqələr durmadan inkişaf edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM