Alternative content

02:41 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:24 26.01.2020 Atəşin evi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin daha davamlı və sürətli gücləndirilməsinə nail olmaqdır
İslahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin daha davamlı və sürətli gücləndirilməsinə nail olmaqdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
04:25 06.12.2019


İslahatlar ölkənin dinamik inkişafını təmin edən başlıca vasitədir. Xüsusilə islahatlar dərin elmi təhlillər əsasında həyata keçiriləndə onun səmərəliliyi daha yüksək olur. Prezident İlham Əliyevin ölkənin iqtisadi və sosial sahələrində apardığı islahatların uğuru da bununla bağlıdır.

Bu islahatların dünyanın mötəbər təşkilatları tərəfindən yüksək qiymətləndirilməsi də həmin uğurun mötəbərliyindən xəbər verir. Bu baxımdan Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanın dünyanın 20 islahatçı ölkə sırasında olması təsadüfi deyil.

Həmin islahatların sayəsində ölkəmizin iqtisadi dinamikası artır, buna paralel yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Bu hal əhalinin sosial müdafiəsini gücləndirən əsas faktordur. Belə ki, işləyən, yüksək əməkhaqqı alan ölkə vətəndaşı dövlətdən sosial yardım almadan yaxşı yaşayır, üstəlik, büdcəyə vergi ödəyir, öz pensiyasını təmin edir.

Aparılan islahatların əsas məqsədi də bu yolla ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaqdır.

Məlumdur ki, müasir dövrün tələblərinə uyğun dinamik islahatların keçirilməsi köhnə təfəkkürlü kadrlarla mümkün deyil. Elə Prezident İlham Əliyevin bu sahədə apardığı islahatların əsas məqsədi də yeni düşüncəli, müasir dövrün tələblərini mükəmməl bilən kadrlara üstünlük verməkdir. Artıq bu islahatlar öz nəticəsini verir və cəmiyyət tərəfindən müsbət qəbul olunur.

Prezident İlham Əliyev yeni təyin olunan Hacıqabul rayon və Naftalan şəhər icra hakimiyyətləri başçılarını qəbul edərkən əhalinin məşğulluğuna xüsusi önəm verərək vurğulamışdır: "Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın... İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır... Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə də icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun”.

Göründüyü kimi, istər iqtisadi, istərsə də kadr islahatlarının əsas məqsədi ölkənin iqtisadi cəhətdən dinamik inkişafını təmin etməklə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu istiqamətdə dövlət tərəfindən verilən dəstək, aparılan iqtisadi islahatlar, iş adamlarına ayrılan güzəştli kreditlər də dolayısı ilə bu məqsədə xidmət edir. Bunun nəticəsidir ki, ildən-ilə yeni iş yerlərinin açılmasının dinamikası yüksəlir. Çünki sosial müdafiənin ən səmərəli forması elə əhalinin məşğulluğudur.

Dövlət başçısı yeni təyin edilən icra başçılarını qəbul edərkən onu da vurğulamışdır ki, regionlarda işsizliyin aradan qaldırılması üçün texnopark və sənaye parklarının yaradılmasına üstünlük verilir. Sumqayıtda, Neftçalada, Masallıda, Mingəçevirdə və digər yerlərdə belə müəssisələr artıq fəaliyyət göstərir və bu proses davam edir. Belə yanaşma sahibkarlara böyük dəstəkdir. Çünki yeni yaradılan sənaye zonalarında və texnoparklarda bütün infrastruktur dövlətin vəsaiti hesabına yaradılır. Yəni bunların yaradılması üçün sahibkarlar pul xərcləmir, yalnız istehsal, emal və xidmət sahələrinin yaradılmasına investisiya qoyur.

Sözügedən məsələ ilə bağlı son rəqəmlərə nəzər salaq: Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin 9 ayı ərzində ölkədə 164,4 min yeni iş yeri açılıb. İş yerlərinin 24,1 faizi yeni yaradılan qeyri-dövlət sektorunda açılıb ki, bu da sahibkarlığın inkişafı ilə bağlıdır. Yəni dövlətdən dəstək alan sahibkarlar yeni istehsal, emal və xidmət müəssisələri yaradaraq əlavə iş yerlərinin açılmasını təmin edirlər.

Aparılan islahatlar, iş adamlarına verilən dəstək sayəsində kiçik və orta sahibkarlıq özünün yeni inkişaf dövrünə qədəm qoyub. Hesabat dövründə hüquqi və fiziki şəxslər tərəfindən açılan müəssisələrin çox hissəsi məhz bu kateqoriyadandır. Bu səbəbdən yeni açılan iş yerlərinin 51 faizi həmin müəssisələrin payına düşür. Əhalinin məşğulluğunun artması əməkhaqqı və gəlirlərinin də yüksəlməsinə səbəb olur. Belə ki, cari ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat olub. Əməkhaqqı özəl sektorda daha yüksəkdir. Hesabat dövründə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 494,8 manat olduğu halda, özəl sektorda bu rəqəm 742,3 manata çatıb.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM