06 Dekabr 2019 04:14
516
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının ümumi yığıncağı olub


Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkəti olan "ASPI AGRO”nun dəstəyi ilə ümumi yığıncaq keçirilib.

Tədbirdə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva yığıncaq sədrliyinə namizədi irəli sürüb. "Ekvita” şirkətinin təsisçisi və direktoru, eləcə də palatanın idarə heyətinin üzvü İlqar Mehti ümumi yığıncağın sədri seçilib.

Yığıncaqda bir neçə məsələ müzakirə edilib. Üzv şirkətlərin nümayəndələri tərəfindən palatanın idarəedici direktoru vəzifəsinə Zibər Hüseynovanın namizədliyi təsdiqlənib və idarə heyətinə iki yeni üzv seçilib. Bundan əlavə, palatanın davranış qaydaları və komitələrin yaradılması qaydaları təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video