Alternative content

11:12 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsimi haqqında növbəti kitab İtaliyada işıq üzü görüb
Nəsimi haqqında növbəti kitab İtaliyada işıq üzü görüb
ANA SƏHİFƏ / Mədəniyyət
04:11 06.12.2019


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

Bu çərçivədə fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşrini də yubileyə töhfə adlandırmaq olar. Belə ki, fondun İtaliyanın "Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı çərçivəsində "Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatının bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM