Alternative content

00:18 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alazan Baycan
Alazan Baycan
ANA SƏHİFƏ / Mədəniyyət
04:07 06.12.2019


Alazan Baycan! Bu imza ilə ilk tanışlığım uzun illər bundan öncə istiqlal şairimiz Əhməd Cavadın həyat və yaradıcılığını araşdırarkən olmuşdur. Ədəbi aləmdə Alazan Baycan kimi tanıdığımız bu şəxsin əsl soyadı Hacı Həsənzadədir. 1929-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirən Hacı Həsənzadə azadlıq carçısı Əhməd Cavad şeirlərinin pərəstişkarı olub. Əhməd Cavad şeirlərinin təsiri altında gözəl poeziya nümunələri yaradıb. Onlardan biri də mühacirətdə olarkən Əhməd Cavadın "Göy-göl” şeirinə yazdığı eyni adlı nəzirədir.

Mühacir yazarın "Könül sazından” (1983) və "Dağ çiçəkləri” (1987) şeir kitabları Azərbaycan Kultur Dərnəyinin dəstəyi ilə işıq üzü görüb. İkinci kitaba ön sözü Əhməd Qaraca yazıb. Mühacir yazar Almaniyada Freyburq şəhəri, Höte küçəsində yaşayarkən Baycan Hötedən və Nitşedən türk dilinə tərcümələr edib. "Dağ çiçəkləri” şeir kitabına şairin Hötedən tərcümə etdiyi 8, Nitşedən isə 5 əsəri daxil edilib.

Ömrünün böyük hissəsini Almaniyada keçirən mühacir şair, həkim Alazan Baycan 12 may 1913-cü ildə Yelizavetpol quberniyasının Qazax nahiyəsində doğulub, ibtidai və orta təhsilini Qazax şəhərində alıb. Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra bir il Balakəndə müəllim işləyib. 1931-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub.

Əsl ad-soyadı Hacı Həsənzadə olan Alazan Baycan dəmir pərdənin endiyi 1930-cu illərdə ölkəni tərk edib. 1933-cü ildə oxuduğu fakültədən ayrılaraq İrana, oradan da Türkiyəyə keçib.

1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub, 1939-cu ildə isə bitirib. Həkimlik fəaliyyətinə başlayan Baycan İstanbulda bir il Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gemlik Hərbi Xəstəxanasında çalışıb.

Baycan 1942-ci ildə mühacir həmyerlisi Fuad Əmircanla birlikdə Almaniyaya gedib, bir il Berlin Universitetində çalışıb. 1943-cü ildən etibarən Freyburq Universitetində fəaliyyətə başlayıb. 1948-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adına layiq görülüb. Baycan həmin ildən etibarən özəl müayinəxana açaraq fərdi qaydada fəaliyyət göstərib.

Alazan Baycan mühacirətdə olduğu ilk günlərdən ömrünün sonuna kimi Azərbaycanla, əqidə yoldaşları və doğmaları ilə əlaqə saxlayıb. Bu barədə mərhum professor Abbas Zamanov "Ədəbiyyat” qəzetinin 1990-cı il 4 may tarixli sayında yazır: "Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə də, vətənlə əlaqələrini kəsməmişdir. Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzet, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır. Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər. Mən şəxsən 20 ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm. A.Baycanın şeirlərinin yeganə leytmotivi vətən həsrətidir.

O, mənə göndərdiyi məktubların birində yazırdı: "Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir. Heç bilmirəm bu istək mənə qismət olacaqdırmı?”

Çox təəssüf ki, vətənindən didərgin düşən qərib oğlunun arzusu həqiqətə çevrilmədi. O, ömrü boyu vətən həsrəti ilə yaşadı, vətən həsrəti ilə də öldü. Qərbi Almaniyanın Freyburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu. Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı. Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi: "Azərbaycan... Qazax... Səməd. O, bu sözləri deyəndən sonra keçindi”.

Rəhman SALMANLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM