Alternative content

11:43 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qobustan qayaüstü təsvirləri İspaniya və İtaliya alimləri ilə birlikdə öyrəniləcək
Qobustan qayaüstü təsvirləri İspaniya və İtaliya alimləri ilə birlikdə öyrəniləcək
ANA SƏHİFƏ / Mədəniyyət
04:07 06.12.2019


Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.

Qoruqdan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.

Xarici mütəxəssislər Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova ilə qoruqda aparılan elmi tədqiqatlarla tanış olduqdan sonra buradakı qayaüstü təsvirlərinin və arxeoloji qazıntıların nəticələrinin xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrünün öyrənilməsi üçün mühüm mənbə olduğunu bildiriblər. Tədqiqatlarda Qobustan abidələrinin Avropanın həmin dövr abidələri ilə müqayisəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.

Qobustan qoruğunun arxeoloji abidələri, qayaüstü təsvirləri və ekspozisiyada sərgilənən artefaktlarla tanış olan tədqiqatçılar abidələrin qorunması və sərgilənməsini yüksək qiymətləndiriblər.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM