05 Dekabr 2019 18:02
438
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir iki dövlət arasında siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın mövcudluğunu, qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsinə və inkişafına təkan verdiyini, beynəlxalq arenada Kolumbiya Hökumətinin Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini məmnunluqla diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyi ilə Kolumbiyanın Milli Polisi arasındakı əlaqələrdən söz açan general-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın yaradılması və təcrübə mübadiləsi məqsədilə bu ölkənin asayiş keşikçilərindən ibarət nümayəndə heyətinin dörd il öncə Azərbaycanda olduğunu, səfər çərçivəsində nümayəndə heyəti ilə DİN-də görüş keçirildiyini, onların "102” Zəng Mərkəzi Sistemi, "Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi, habelə Əlahiddə Çevik Polis Alayının fəaliyyəti ilə yaxından tanış olduqlarını xatırladıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi nəzərə çatdırılıb.

Səfir Luis Antonio Dimate Kardenas paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video