Alternative content

12:29 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
02:30 15.07.2020 Unudulmayan tarix
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorçu siyasətinə zərbədir
Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorçu siyasətinə zərbədir
ANA SƏHİFƏ / SİYASƏT
16:02 05.12.2019

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorizm siyasətinə zərbədir.

Armavirdəki erməni kilsəsinin həyətində Njdeyə xatirə lövhəsinin qoyulması və beləliklə də faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Buna baxmayaraq, bu məsələ ümumi sözlərlə müzakirə kontekstindən kənara çıxmırdı. Bəzi hallarda reaksiyalar sərtləşsə də, lövhə yerində qalırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Əlbəttə ki, haqlı narazılıqdan doğan bu hərəkət çarəsizlikdən edilsə də həlledici deyildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bu məsələni qaldıraraq, sözün əsl mənasında, dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəltdi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənarda qalan bu məsələ təcavüzkar Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Ermənistanın keçmiş prezidentləri - Petrosyan, Köçəryan və Sarkisyan Azərbaycan ərazisinin iyirmi faizinin işğalı prosesində iştirak ediblər. Onların hər biri dinc azərbaycanlı əhaliyə qarşı silahlı hücumların təşkilinin və icrasının birbaşa iştirakçısıdır. Sarkisyan Xocalı soyqırımının törədilməsində iştirak etməkdən qürur duyduğunu söyləyib. O, Türkiyə ərazisində yerləşən Ağrı dağını işğal etmək üçün erməni gənclərə çağırış edib. Petrosyan 1993-cü ildə məşhur terrorçu Monte Melkonyanın dəfn mərasiminə şəxsən qatılıb. 1981-ci ildə Türkiyənin Parisdəki səfirliyinə hücumun təşkilatçısı olan terrorçu Vazqen Sislyan Dağlıq Qarabağda azərbaycanlılara divan tutduğu üçün eks-prezident Köçəryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı” adı ilə təltif olunub. Bu siyahını daha da uzada bilərik...

Qayıdaq Njde mövzusuna. Bu erməni terrorçu-faşistin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Azərbaycan isə sülhsevər dünya ictimaiyyətinin tələblərini irəli sürür: terrorçu, nasist tərəfdarı, faşistlərin dostu və silahdaşı, hərbi cinayətkar, ümumiyyətlə, insanlıq əleyhinə fəaliyyəti olan şəxslər heç bir yerdə qəhrəmanlaşdırıla bilməz. Belə şəxslərin fəaliyyətinin təbliğ olunması beynəlxalq hüquq normalarına zidd və təhdiddir.

Haqlı olaraq belə bir sual yaranır: Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi sıravi ermənilər tərəfindən necə qarşılanır? Təcavüzkar Ermənistan Rusiya tərəfinin haqlı qərarına və tətbiq olunan söküntüyə faşist prinsipləri ilə qarşılıq verdi. Belə ki, məlum lövhənin sökülməsindən sonra rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib. Erməni millətçi Şant Arutünyanın oğlu Şaqen Arutünyan öz "Facebook” səhifəsində Aleksandr Qriboyedovun abidəsini qırmızı rəngə boyadığını və bu addımını Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq atdığını bildirib. Burda daha bir haşiyə də çıxmaq lazımdır. Müasir erməni terrorizminin pərisultanlarından olan, Xocalı soyqırımını törədən simalardan biri, erməni yazıçı Zori Balayan yazır ki, əgər Qriboyedov olmasaydı, nə indiki Ermənistan var idi, nə də bu ölkədəki çiçəklənən erməni şəhər və kəndləri...

Njdeyə aid xatirə lövhəsinin sökülməsinin terrorçu dövlət tərəfindən necə qarşılamasından asılı olmayaraq sülhsevər dünya ictimaiyyətinin gözlədiyi ədalət var: Qareginin Yerevandakı, Osmanlı dövlətinin Baş Naziri Tələt paşanın qatili, terrorçu Soğoman Tehliryanın Ermənistanın Şirak vilayətindəki heykəlləri dağıdılmalıdır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM