Alternative content

14:31 25 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:17 05.12.2019

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət qulluğunda insan resurslarının idarə olunması: beynəlxalq trendlər və milli təcrübələr” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və "Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Dövlət qulluğunda insan resurslarının idarə edilməsi sahəsində qlobal trendlərin müzakirəsinə həsr olunan konfransın məqsədi Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə yönələn elmi-nəzəri tövsiyələrin işlənib hazırlanmasıdır.

Konfransda akademik Urxan Ələkbərov "Davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşması insan resurslarının optimal idarə olunması indikatoru kimi” mövzusunda məruzə ilə çıxış edib.

Akademik ölkəmizin iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf etdiyini, müstəqilliyimizin hər yeni ilində nailiyyətlərinin artdığını diqqətə çatdırıb. Rektor əldə olunan nailiyyətlərin əsasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən innovativ dövlət idarəçiliyi strategiyasının dayandığını xüsusi vurğulayıb.

Rektor bildirib ki, Azərbaycan 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir.

Ötən il Davos İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı vəziyyətin təhlilinə diqqət çəkən U.Ələkbərov bildirilib ki, həmin təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli uğurlar qazanıb. Belə ki, ölkəmizin inklüziv inkişaf indeksi 4,69 faiz təşkil edib. Həmin göstərici ilə Azərbaycan bir çox dövlətləri, o cümlədən yüksək inkişaf səviyyəsinə malik ölkələri geridə qoyub.

Urxan Ələkbərov məruzəsində inklüziv inkişaf göstəriciləri Azərbaycandan aşağı olanlar ölkələr arasında ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Türkiyə, Portuqaliya, Yunanıstanın olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələri geridə qoyması ölkəmizin iqtisadi potensialının hərtərəfli artımı və bu inkişafdan əhalinin rifah halının yüksəldilməsi üçün səmərəli istifadə olunmasının beynəlxalq səviyyədə təsdiqidir.

Rektor inklüziv inkişaf sahəsində ölkəmizin yüksək göstəricilər əldə etməsində və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətinin olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezidentin insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təminatı sahəsində təşəbbüsləri, onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycanın sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki və başqaları dayanıqlı inklüziv inkişaf və dövlət qulluğunda insan resurslarının idarə olunması ilə maraqlı fikirlər səsləndiriblər.

Dekabrın 6-da konfrans "Davamlı inklüziv inkişaf dövlət idarəçiliyində qlobal prioritet kimi” və "Dövlət qulluğunda innovasiyalar: qlobal trendlər, alətlər və mexanizmlər” mövzusunda müzakirələrlə işinə yekun vuracaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM