Alternative content

12:22 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslahatlar əhalinin sosial rifahının yüksəlməsini sürətləndirir
İslahatlar əhalinin sosial rifahının yüksəlməsini sürətləndirir
ANA SƏHİFƏ / SİYASƏT
01:13 05.12.2019


Son illər ölkədə genişmiqyaslı islahatlar həyata keçirilir. Həmin islahatlar həm iqtisadi, həm də sosial sahəni əhatə edir. Əhalinin sosial müdafiəsi aparılan islahatlarda xüsusi yer tutur. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, islahatların əsas məqsədi Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır.

Bu məqsədlə dövlət başçısı tərəfindən qəbul edilən qərarlara əsasən, əhalinin sosial müdafiəsi gücləndirilib, sosial ödənişlər, o cümlədən əməkhaqqı, pensiya və müavinətlər əhəmiyyətli dərəcədə artıb. Şəhid ailələrinə və müharibə əlillərinə ötən il nəzərdə tutulduğundan üç dəfə çox, yəni 626 mənzil təqdim edilib, cari ildə bundan da 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Bununla yanaşı, imtiyazlı vətəndaşların mənzil və avtomobillə təminatı da daxil olmaqla bir sıra mühüm sosial proqramların icrası genişləndirilir.

Prezident İlham Əliyevin 2 dekabr 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı da sosial müdafiə cəhətdən həssas kateqoriyaya olan qayğının bir nümunəsidir. Həmin sərəncamda deyilir: "Əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiya işinin gücləndirilməsi məqsədilə uşaq-bərpa mərkəzləri yaradılmışdır”. Həmin sərəncamla bu istiqamətdə görülən işlərin davam etdirilməsi, müxtəlif sosial xidmətlərin göstərilməsinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat vəsait ayrılmışdır. Həmin vəsait sözsüz ki, daha çox müasir tipli sosial-bərpa mərkəzlərinin tikilməsinə xidmət göstərəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu vaxtadək dövlət başçısının diqqət və qayğısı sayəsində görülən işləri qeyd edərək deyib: "Digər tərəfdən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.

Prioritet fəaliyyət istiqaməti kimi reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi işlərinin davam etdirilməsidir. Ötən ay Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib. Bu ilin sonuna qədər daha bir sıra sosial obyektlər həssas qruplardan olan vətəndaşların istifadəsinə veriləcək, gələn il də bu istiqamətdə görülən işlər davam edəcək”.

Cari ilin 10 ayı ərzində nazirliyin bərpa mərkəzləri tərəfindən 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxslərə isə ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Yeni reabilitasiya mərkəzləri istifadəyə verildikcə bu kateqoriyadan olan insanlara daha çox və keyfiyyətli xidmət göstəriləcək.

Son dövrlərdə sosial xidmətlərin əhatə dairəsi xeyli genişlənib. Bununla yanaşı, göstərilən xidmətlərə, sosial xidmətçilərin fəaliyyətinə nəzarət sistemi də gücləndirilib. Məqsəd bu sahədə mövcud nöqsanları aradan qaldırmaqla vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir. Bununla yanaşı, ümumilikdə sosial xidmətlərin keyfiyyətinin artırılması, eyni zamanda bu sahədə fəaliyyət mexanizmini yenidən qurmaqla təkmilləşdirilməsinə ehtiyac var. Bu məqsədlə nazirlik bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır. Xüsusilə Peşə Reabilitasiyası Mərkəzinin imkanlarından daha geniş istifadə edilməlidir. Həmçinin nazirlik tərəfindən sosial obyektlərin tikintisi və təmirinə, sosial xidmətlərin təşkilinə, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası sahələrində aparılan işlərə xüsusi diqqət yetirilir.

Nazirlik ümumilikdə sosial yardımın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsi işlərini aparır və proqramın əhatə dairəsini genişləndirməyə səy göstərir. Eyni zamanda təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsinə diqqət yetirilir. Səbəb bu sahədə əvvəllər mövcud nöqsanları aradan qaldırmaqdır.

Aparılan araşdırma və təhlillər nəticəsində məlum olub ki, 1800 nəfər saxta yollarla ünvanlı dövlət sosial yardımı alıb. Həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb. Bununla yanaşı, daha minədək şəxsin də saxta şəkildə sosial yardım aldığına dair şübhələr var. Faktlar təsdiq olunarsa, onlarla bağlı da eyni tədbirlər görüləcək. Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində əməkhaqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Lakin ünvanlı sosial yardım almağa haqqı olan vətəndaşlar bu imkanlardan istifadə edir. Hazırda təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir ki, bu da 280 min insanı əhatə edir. Onlara ödənilən məbləğin ailə başına düşən orta rəqəmi 200 manat civarındadır. Qeyd edək ki, bu, kifayət qədər ciddi rəqəmdir. Təkcə il ərzində bu qrupdan olan vətəndaşlara ödəniləcək ünvanlı yardımın məbləği 170 milyon manatdır.

Rüstəm KAMAL,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM