05 Dekabr 2019 01:01
510
İQTİSADİYYAT
A- A+

Qubada bu il 717 arıçıya subsidiya verilib


"Mən dədə-babadan arıçılıqla məşğul olmuşam. Quba rayonunda arıçılıq son illər daha da inkişaf edir. Təsərrüfatımda 80-dən çox arı ailəsi saxlayıram. Subsidiyaların verilməsi təsərrüfatçılarda arı ailələrinin sayının artırılmasına maraq yaradıb”.

Bu sözləri qubalı arıçı Təvəkgül Allahverdiyev deyib. T.Allahverdiyev kimi Quba rayonundan bu il ümumilikdə 717 arıçıya subsidiya verilib.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Telman Balabəyov bildirib ki, rayon komissiyası tərəfindən ötən il Qubada 18 min 946 arı ailəsi qeydə alınıb. Arıçılıqla məşğul olan 717 arıçının təsərrüfatındakı arı ailələri pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının iclasında bu barədə qərar qəbul olunub. Qubalı arıçılara ümumilikdə 189 min 460 manat subsidiya ödənib.

AZƏRTAC-ın yaydığı məlumatda daha sonra bildirilir ki, Qubada hər il orta hesabla 120 tondan çox bal istehsal olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video