04 Dekabr 2019 19:15
419
İQTİSADİYYAT
A- A+

Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb


Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O deyib ki, bu gün iki ölkə prezidentinin siyasi iradəsi sayəsində Tehran-Bakı münasibətləri daha da inkişaf edir.

Qeyd olunub ki, dövlətlərimiz arasındakı siyasi, iqtisadi, mədəni, ticari, nəqliyyat və humanitar sahələrində əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan bu əlaqələrin daha da genişlənməsində maraqlıdır.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi rəsmi Tehran ilə Bakı arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, iki dost və qardaş ölkə arasındakı əlaqələrinin strateji xarakter daşıdığını bildirib. Bildirib ki, İran və Azərbaycan regional və beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər.

Görüşdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi yolları və əldə olunan razılaşmaların icrası prosesinin sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video