04 Dekabr 2019 18:22
471
SİYASƏT
A- A+

Lavrovun bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyinə uyğundur


Məlum olduğu kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olub. Rusiyanın Xarici İşlər naziri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların bərpa olunmasının əhəmiyyətini qeyd edib, bunun çox perspektivli mövzu olduğunu bildirib. S.Lavrov, həmçinin Dağlıq Qarabağın bütün əhalisinin istənilən halda gələcəkdə necə yaşayacaqlarını birgə müəyyən edəcəklərinin önəmini vurğulayıb. S.Lavrovun sözügedən bəyanatında "əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında yer alıb.

"Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq.

Dağlıq Qarabağın əzəli azərbaycanlı sakinləri öz torpaqlarına qayıtmayınca, bölgənin hər hansı formada inkişafından söhbət gedə bilməz. Bizim ali məqsədimiz öz yurdumuza qayıtmaq, dağıdılmış tarixi, mədəni, dini irsimizi bərpa etmək və Dağlıq Qarabağda yenidən insanların dinc, xoşbəxt şəkildə yaşayışını təmin etməkdir. Yalnız belə olan halda bölgəmizdə ədalətli və daimi sülhün bərqərar edilməsi mümkündür”, - dəyə bəyanatda vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video