04 Dekabr 2019 18:03
532
CƏMİYYƏT
A- A+

Bakıda “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” adlı konfrans keçirilir


Dekabrın 4-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının birgə iştirakı ilə keçirilən konfransda "İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” mövzusu müzakirə olunur.

Azərbaycan və Türkmənistan xalqları arasında dostluq və qardaşlıq əlaqələrindən danışan AHİK sədrinin birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərindən birinin məhz iqlim dəyişikliyinə yönəldiyini bildirib. O deyib ki, bu məqsəd iqlim dəyişikliyi və onun təsirlərinə qarşı təcili tədbirlər görülməsini tələb edir. AHİK Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etməyə çalışır. 2018-2019-cu illər üçün bağlanmış Baş Kollektiv Sazişin "Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik” bölməsində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına diqqətin artırılmasını vacib sayır, işçilərin sağlamlığının qorunmasını prioritet vəzifələrdən hesab edir.

Bildirilib ki, AHİK-in V Qurultayından irəli gələn vəzifələr çərçivəsində ekoloji mədəniyyətin əsasları artıq 10 ildən artıqdır Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil kurslarında həmkarlar ittifaqları fəallarına öyrədilir. Azərbaycanda "yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var və ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, ətraf mühitim qorunması prinsiplərinə əməl olunur.

Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında yaranmış dostluq və qardaşlıq əlaqələri hər iki ölkənin həmkarlar ittifaqı birlikləri arasında da əməkdaşlığın yaradılması zərurətini meydana çıxarıb. Biz türkmənistanlı qardaşlarımızla bütün beynəlxalq təşkilatlarda, tədbirlərdə həmrəy olmaq niyyətindəyik. İnanırıq ki, Türkmənistan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasında da, MDB ölkələrinin həmkarlar ittifaqları birliyində də bizimlə bir yerdə olacaqlar.

Konfransda çıxış edən BƏT-in Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycandakı milli koordinatoru Yaşar Həmzəyev iqlim dəyişikliyi, ətraf mühit və təhlükəsizliyin qorunması, əmək münasibətləri barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, iki gün davam edəcək konfransda "BƏT-in yüzillik sessiyasının nəticə və tövsiyələri”, "BƏT-in 144 saylı Konvensiyası beynəlxalq əmək standartlarının milli səviyyədə inkişaf etdirmək üçün səmərəli vasitə kimi”, "Yaşıl iş yerləri”, "Milli vəziyyət- məşğulluq-enerji-ətraf mühit” və digər mövzularda müzakirələr aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video