04 Dekabr 2019 17:52
750
CƏMİYYƏT
A- A+

Hirkan Milli Parkında fototələlər daha iki bəbiri lentə alıb


Hirkan Milli Parkında quraşdırılan 20-dən çox fototələ bu dəfə maraqlı görüntülər lentə alıb. Video və foto görüntülərə bəbirlərlə yanaşı, digər heyvanlar da düşüb.

AZƏRTAC xəbər verir ki, Milli Parkda 2015-ci ilədək bəbirlərin sayında azalma olsa da, onların populyasiyasının artması məqsədilə son 4 il ərzində görülən işlər sayəsində uğurlu nəticələr müşahidə olunur. Parkın direktoru Azər Mirzəyev bildirib ki, son monitorinq zamanı fototələlər iki bəbirin görüntüsünü lentə ala bilib: "Noyabr ayının monitorinqi zamanı fototələlərin köməkliyi ilə iki bəbirin daha yaxın ərazidə olduğunu müəyyən etdik. Ümumilikdə meşəmizdə bəbirlərin sayı 6-dır. İşçilərimizin apardığı müşahidələr nəticəsində gələcəkdə daha çox bəbirin görüntüsünü ictimaiyyətə təqdim edəcəyik”.

40 350 hektarlıq ərazini əhatə edən Hirkan Milli Parkında bəbirlərə əvvəllər çox az rast gəlinirdi. Lakin son illər gətirilən yeni avadanlıqlar bu çətinlikləri artıq tamamilə aradan qaldırıb. Keçid yollar üzərində ağaclara bərkidilmiş fototələnin köməyi ilə meşəlik ərazidə bəbirlərə, eyni zamanda digər heyvanlara da rast gəlinir. Milli Parkın sahə müfəttişi Sahil Mikayılov isə deyir ki, fototələlərin quraşdırılması bir qədər riskli və çətin olsa da, əldə olunan nəticələr ürək açandır:” Bu fototələləri adətən sıx meşələrdə yırtıcı heyvanların keçici yollarında quraşdırırıq ki, heyvanların nə qədər olduğunu öyrənə bilək. Yeni qurğuların işlək vəziyyəti belədir ki, 3 saniyədə foto çəkirlər, 6-10 saniyə isə video çəkirlər. Daha sonra bu fototələlərlə meşənin dərinliklərində hansı heyvanın keçməsini maddi sübut kimi əldə edirik. Son müşahidələrdə bəbirlərlə yanaşı çöl donuzlarının da fototələlərə düşməsini müşahidə etdik. Canavar, qonur ayı və digər xırda heyvanlar, çaqqal, porsuq, oxlu kirpilər, hətta xırda heyvanları da fototələlər lentə alıb”.

Milli parkda ağaclar üzərinə quraşdırılan kameralar çox həssasdır. Heyvanlar onun qarşısından keçərkən işə düşür. Hirkan Milli Parkının direktoru Azər Mirzəyev bildirir ki, fototələlərin yaddaşları yoxlandıqda bəbirlərin yem bazasının da xeyli artdığı məlum olub: "Fototələləri kəndlərə daha yaxın ərazilərdə quraşdırmışıq. Bu cihazların yaddaşında çoxlu qaban sürüləri, cüyür sürüləri, oxlu kirpilərin düşməsi onu göstərir ki, bizim bəbirlərin yem bazasında heç bir çətinlik yoxdur. Parkda düzgün mühafizə nəticəsində bu bəbirlər özünü rahat hiss edirlər. Biz bu fototələlər vasitəsilə mütəmadi bəbirləri izləyə bilirik”.

Hirkan meşələrində bəbirlərin sayının daha çox olduğu istisna edilmir. Bu məqsədlə gələcəkdə Hirkan Milli Parkında fototələlərin sayının 40-a çatdırılması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video