04 Dekabr 2019 11:50
577
İQTİSADİYYAT
A- A+

Azərbaycan ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb


Dekabrın 4-də Bakıda ECO-ya üzv olan ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasda çıxış edərək, ECO ölkələrinin böyük potensiala malik olduğunu deyib. Azərbaycanda aqrar sahəyə dövlət tərəfindən hərtərəfli dəstək göstərildiyini vurğulayan İnam Kərimov bildirib ki, ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. VI iclasın regional tərəfdaşlığa yeni dəyərlər gətirəcəyini deyən Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov təşkilata üzv olan ölkələrin öz imkanlarını birləşdirmələrinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüldüyünü deyən İnam Kərimov qeyd edib ki, Mərkəzin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumlar və ya mərkəzlər sıx əməkdaşlıq edəcəklər.

ECO-nun Baş katibinin müavini Seyid Yahya Əxlaqi Bakı iclasında iştirak etməkdən şərəf duyduğunu bildirib. O, ECO-ya üzv olan ölkələr arasında ticarətin inkişaf etdirilməsi sahəsində əsasən kənd təsərrüfatı və qida sənayesinə üstünlük verildiyini deyib. Vurğulayıb ki, ölkələr bu sahədə öz potensiallarından tam istifadə etmirlər. ECO ölkələrinin əhalisinin üçdəbirinin kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edən Baş katibin müavini deyib ki, aqrar sektorun ÜDM-də payı 10 faizdən aşağıdır. "ECO regional təşkilat olaraq qida təhlükəsizliyini əsas prioritet kimi müəyyən edib. FAO ilə birgə Regional Qida Təhlükəsizliyi proqramını həyata keçiririk. Bu, sözügedən sahə üzrə əsas layihəmizdir”, - deyə S.Y.Əxlaqi bildirib.

Sonra Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov iclasın sədri seçilib.

İclas öz işini gündəlik üzrə digər çıxışlarla davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video