Alternative content

17:00 07 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin sistem islahatlarının yeni hədəfləri və ilkin uğurları
İlham Əliyevin sistem islahatlarının yeni hədəfləri və ilkin uğurları
ANA SƏHİFƏ / SİYASƏT
02:17 04.12.2019


Prezident Administrasiyası müasir islahatların modern lokomotivinə, gənclik İlham Əliyev kursunun fədailərinə, Azərbaycan isə yenə də nümunəyə çevrilir


Milli Məclisin son iclasında qəbul edilən qərar növbədənkənar seçkilərlə bağlı prosesə rəsmən start verdi. Konstitusiya Məhkəməsi bugünkü iclasında Prezidentin sorğusuna münasibətini bildirməklə, hüquqi prosedur başlamış olacaq. Artıq ölkədə islahatlar sosial-iqtisadi yönümdən tədricən, amma sürətlə inzibati istiqamətə keçir. Qanunverici hakimiyyətin yeni tərkibinin formalaşması ilə bütünlüklə dövlət quruculuğu prosesinin təkmilləşməsinin ilkin mərhələsi başa çatacaq.


Prezidentin müstəsna istisnalığı


İlham Əliyev cəmiyyətin sosial-psixoloji impulslarını dəqiqliklə müşahidə edir, ölkədəki ictimai-siyasi durumu düzgün araşdırır, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydın müəyyənləşdirir. Bunlara əsasən də strateji hədəflərini, taktiki gedişlərini, idarəçilik aparatını davamlı təkmilləşdirir və Azərbaycanda misli görünməmiş dəyişikliklərə müəlliflik edir.

Prezidentin vizyonu 10-30 il sonrakı Azərbaycanının soisal-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Liderin bu vizyonu - gələcəyə baxış konsepti çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür. Özü də yalnız iqtisadi, siyasi aspektdə deyil, məğzində milli dəyərlər sistemi olan geniş mənəvi spektri əhatə edir.

Məsələn, İlham Əliyev Yeni Əsrin enerji müqaviləsini 2050-ci ilədək uzatmaqla, Azərbaycandan keçən qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara indidən uyğunlaşdırmaqla və belə saysız-hesabsız strateji layihələri hazırlamaqla yanaşı, həm də o dövrün idarəçiləri olacaq bugünkü uşaq və yeniyetmələrin müasir dünyagörüşlə bahəm milli-mənəvi kontekstə köklənməsini prioritetlərindən biri elan edib. Yəni İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabah üçündür.

Bu baxımdan Prezidentin gənclər siyasəti düzgün və dolğundur. İlham Əliyev gənclərə potensiallarını realizə etmək üçün nəinki şərait yaradır, onlara böyük meydan verir, dövlət aparatında hətta ali məqamlaradək yüksəldir. Onların müasir biliklərini, modern təfəkkürlərini, daha mobil və səmərəli iş metodlarını mövcud komandanın ümumi fəaliyyət meyarı kimi təsbit edir.

Bu etimadı göstərməklə Prezident yalnız sabahın peşəkar idarəçilərini formalaşdırmır, həm də zamanın müasirliklə bağlı çağırışlarının fəsadlarından dövləti qoruyur. Bəli, məhz gənclik təcrübəsi müəyyən qədər az olsa da, yeni dünyanın çoxyönümlü trendlərini və qlobal proseslərin mahiyyətini doğru anlayır, onlara asanlıqla adaptasiya olaraq, tətbiqini daha effektiv həyata keçirir.

Yeni əsrin beşdəbirini geridə qoyarkən zamanın özü ilə bərabər sürətlə gətirdiyi müasir tələblərə və dəyərlərə savaş açmaq, əhali qrupunda ən fəal və ağırlıqlı zümrəyə çevrilən, - obrazlı desək, - "Z nəsli”nin, yeniyetmə və gənclərin yanaşmalarına, düşüncə və fəaliyyət tərzlərinə qənim kəsilmək, dövlət aparatını qlobal çağırışların zəruri meyillərindən kənar saxlamaq acı nəticələr verir, dövlət böhranlarına səbəb olur. Ən azından, son onillikdə "domino effekti” kimi ard-arda faktiki süqut edən dövlətlərin, həmçinin mərkəzi meydanlardakı etirazların ən ucqarlara qədər uzanan üsyanlara çevrilməsi misalında bunu aydın görmək olar.

Belə durumların bir səbəbi xarici müdaxilədirsə, bəlkə də ondan daha vacib səbəbi o ölkələrin rəhbərlərinin yuxarıda qeyd edilən proseslərdə göstərdikləri mühafizəkarlıq, səhlənkarlıq və səbatsızlıqdır.

Məhz bu müqayisənin timsalında İlham Əliyevin və Azərbaycanın istisnalığı müstəsnalıq kəsb edir!


İlham Əliyev gənclər siyasətini öz nəzarətinə götürdü və müsbət dəyişiklik dərhal baş verdi


İlham Əliyev yalnız dövlət aparatını gəncləşdirmir, ümumilikdə Azərbaycana gənclik ruhu, dinamizm, yüksək enerji gətirir. Gəncliyə dövlət, şəxsən Prezident sahib çıxır. Onlarla artıq yeni metodlarla işləyirlər və onlardan da innovativ yanaşmalar tələb edirlər.

Bir xeyli müddətdir ki, gənclər siyasəti ilə bağlı bütün prosesləri İlham Əliyev şəxsi nəzarətinə götürüb, bu sahədəki deklorativliyi, formallığı aradan qaldıraraq yeni təşəbbüsləri ilə faydalılıq və nəticə əmsalını dəfələrlə yüksəldib.

Ənənəvi iclaslar, basmaqəlib konfranslar, uzun mühazirələr, mübaliğəli çıxışlar dövrü bitib. Yeni gənclər siyasəti pafosa, görüntüyə yox, səmərəyə, səmimiyyətə və reallığa söykənir.

İlham Əliyev gənclərdən (əslində elə bütün xalqdan) uğurlardan yox, problemlərdən danışmağı istəyir, tələb edir.

Gənclik bu günlə, sabahla bağlı problem kimi gördüyü məqamları, hansısa narahatlığını meydanlarda dilə gətirmir, Prezidentə, həmçinin Mehriban xanım Əliyevaya şəxsən çatdırmaq imkanındadır.

İlham Əliyev gənclər siyasətində "ağsaqqallar danışır - gənclər dinləyir və alqışlayır” ənənəsinə son qoyub.

İndi danışan gənclikdir. Gənclik sabahla bağlı düşüncələrini, müasir dövrün tələbləri ilə çuğlaşan təkliflərini, arzularını dilə gətirir.

Və gəncliyi artıq Prezident də, ağsaqqallar da diqqətlə dinləyir, qeydlər götürülür, onlara istinad edilir.

İndi alqışlanan gənclikdir, onun daha da möhkəmlənən dövlət sevgisidir, Azərbaycan mənafeyi ətrafında səfərbər olmaq amalıdır, əsl vətəndaşa çevrilmək əzmidir...

Və gənclik İlham Əliyevi siyasətçidən, siyasi rəhbərdən daha çox, məhz Lider sayır, dövlətin güvənci olaraq qəbul edir, ona ən yaxın himayədarı kimi yanaşır.

Gənclik üçün İlham Əliyev siyasətin və seçkilərin fövqündə dayanan şəxsdir, əsl dostdur!

Gənclik Prezident tərəfindən dövlət və xalq üçün fayda verməyə cəlb edilir, buna görə özünü gərəkli sayır, nəticə etibarilə də Azərbaycan qarşısında məsuliyyət daşıdığını dərk edir.

İlham Əliyevin bir inqilabı da bu deyilmi?..

Elə buna görədir ki, Azərbaycan gəncliyi xaricdən ixrac oluna bilən hansısa utopik rəngli "inqilabın” fədaisi olmağı düşünmür, əksinə, İlham Əliyevin islahat inqilablarının dəstəkçisinə və icraçısına çevrilir...


Yeni Administrasiyada yeni meyarlar


İlham Əliyev o liderlər qrupundadır ki, hər zaman formadadır - təfəkkürünə və fəaliyyət tərzinə görə ən modern üsluba hakimdir, daim öz üzərində çalışır, ölkəsini bəlli sərhədlər çərçivəsindən çıxardaraq qlobal dünyanın ayrılmaz parçasına çevrir.

İlham Əliyev zamanın nəbzini tutur və Azərbaycanı bu impulslara zərər çəkilmədən kökləyir. Həm dövlətini və xalqını müasir meyillərə böyük sürətlə yönləndirir, həm də elə bu dinamizmlə milli identifikliyin sütunlarını möhkəmləndirir.

İlham Əliyevin bu incə və həssas yanaşması sayəsində Azərbaycan, azərbaycanlılar, o cümlədən gənclər həm dünyəvidirlər, həm də milli.

İlham Əliyev əsl lider olaraq cəmiyyətdə, dövlətdə mütəmadi dəyişikliklərə imza atmaqla, əsla sərt keçidlər etmir, əvvəlki islahatlar inkar olunmur. Prezident 16 ildir apardığı islahat konsepsiyasının hədəf ardıcıllığını qoruyur, sadəcə zamanla yeni keyfiyyət mərhələlərinə müəlliflik edir.

Öz komandasını da buna uyğun təkmilləşdirir, idarəçilik aparatında mütəmadi müsbət dəyişikliklər aparır. Bir ay öncə başlayan və ötən həftə yeni strukturunun təsdiqi ilə yekunlaşan Prezident Administrasiyası ilə bağlı islahatlar İlham Əliyevin həm də bu prosesdə inzibati amillərə yanaşma tərzini aydın göstərdi.

Prezidentin yeni islahatlar kursunu kimlərlə bərabər icra edəcəyini, fəaliyyətdə hansı meyarların bundan sonra əsas götürüləcəyini hər kəs özü üçün konkretləşdirdi. Dövlət başçısının illərdir, davamlı olaraq söylədiyi "vətəndaş məmnunluğu məmurun fəaliyyətində əsas şərtdir”, "kadr təyinatında bacarıq və peşəkarlıqla yanaşı, mənəvi təmizlik vacibdir” mülahizələri göründüyü kimi, Administrasiyanın yeni tərkibinin formalaşmasında əsas leytmotiv olub.

Həm də sübut olundu ki, İlham Əliyev həmişəki kimi, cəmiyyətin mövqeyini, ictimai rəyi əsas götürür. Administrasiya rəhbərindən şöbə müdirlərinədək hər biri indiyədək effektiv fəaliyyətləri ilə fərqlənib, sahələrinin peşəkarlarıdırlar, təmiz reputasiyaya sahibdirlər. Eləcə də Prezidentin təbirincə desək, siyasi intriqalar və məmurlararası qovğalar onların iş üslubu olmayıb. Bu məqam isə son vaxtlar İlham Əliyevin xüsusilə toxunduğu məsələ idi. Müxtəlif çıxışlarında bu mövzu ilə bağlı dəfələrlə xəbərdarlıq edən ölkə rəhbəri Administrasiyanın yeni strukturunu bu kimi meyillərdən birmənalı təmizlədi.

Artıq Administrasiya müasir islahatların modern lokomotivinə çevrilmək gücündədir. Kadrlarla yanaşı, strukturların da yenilənməsi, təkmilləşməsi Administrasiyanın həm də cəmiyyətin bütün zümrələri ilə Prezident arasında etibarlı, səmimi, effektiv körpü kimi fəaliyyət göstərəcəyinə əminlik yaradır.

2020-ci ilə Prezidentin yeni inkişaf hədəfləri, yeni inzibati komanda və yeni ümidlərlə qədəm qoyuruq. Bütün proseslər Prezidentin nəzərdə tutduğu, xalqın arzuladığı kimi gedəcək - hər şey daha da gözəl olacaq!..

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM