03 Dekabr 2019 15:48
904
DÜNYA
A- A+

Yerevanda Qriboyedovun heykəli təhqir olundu


Ermənistanın paytaxtı Yerevanda rusiyalı şair və səfir Aleksandr Qriboyedovun heykəli təhqir olunmuşdur. Erməni millətçiləri heykələ qırmızı boya atmışlar. Bu barədə "İnterfaks” agentliyi xəbər verir.

Vandalizm aktını törətmiş Şagen Arutyunyan Facebookdakı səhifəsində yazmışdır: "Mən Qriboyedovun heykəlinə boya atdım. Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Armavirdə baş vermiş aksiyaya (nasist Qaregin Njdenin Rusiyanın Armavir şəhərindəki xatirə lövhəsinə boya atılması və sonradan ümumiyyətlə sökülməsi nəzərdə tutulur - red.) heç bir reaksiya verilməmişdir. Qoy bilsinlər ki, Ermənistanda mənim kimi millətçi oğullar var və biz bu cür hərəkətləri cavabsız qoymayacağıq”.

Şagen Arutyunyan 2014-cü ildə xuliqanlığa görə 6 il müddətinə azadlıqdan məhrum edilmiş radikal Şant Arutyunyanın oğludur. Onun özü də xuliqanlığa görə şərti olaraq məhkum edilmişdir.

Qaregin Njde İkinci Dünya müharibəsi illərində alman nasistləri ilə əməkdaşlıq etmişdir. O, vermaxtın "erməni legionu”nun siyasi rəhbəri olmuşdur. Arxiv məlumatlarına əsasən, general Njdenin "erməni batalyonu” Krımda cəza əməliyyatları həyata keçirmişdir. 1944-cü ildə Njde Bolqarıstanda tutulmuş və sovet hərbi məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1955-ci ildə Vladimir şəhər həbsxanasında ölmüşdür.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video