Alternative content

09:40 18 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
01:54 18.01.2020 Dənizdə haqq savaşı
01:44 18.01.2020 Bu teatr ki var...
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
ANA SƏHİFƏ / Təhsil
15:47 03.12.2019

Təhsil naziri Ceyhun Bayramov "Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə "Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, regional və Azərbaycan üzrə menecerləri iştirak ediblər.

Görüşdə "Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində "Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Hazırda "Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə bərabərdir. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.

Sonra əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirə nəticəsində "Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM