03 Dekabr 2019 13:07
636
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan: NATO-nun yenilənməsi qaçınılmazdır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qaçınılmaz olduğunu deyib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu fikri Şimali Atlantika Alyansının növbəti sammitinin keçiriləcəyi Londona səfərindən öncə Ankaranın Esenboğa hava limanında təşkil olunan mətbuat konfransında səsləndirib.

"NATO-nun özünü yeniləməsi qaçınılmazdır. Üzv ölkələrin alternativ axtarmaq əvəzinə NATO-nu ortaq təhdidlər qarşısında daha güclü edəcək səylər göstərəcəyini, terrorla mübarizədə bizimlə həmrəylik nümayiş etdirəcəyini gözləyirik, - deyə Türkiyənin NATO-nun əvəzolunmaz üzvü olduğunu qeyd edən Prezident bildirib.

NATO-nun sammiti dekabrın 3-4-də Böyük Britaniyanın paytaxtında keçiriləcək. Xarici KİV-lərdə yayılan məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın sammit meydanlarında ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonla ikitərəfli görüşləri gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video