Alternative content

11:48 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi və Texas A&M Beynəlxalq Universiteti memorandum imzalayıb
Bakı Ali Neft Məktəbi və Texas A&M Beynəlxalq Universiteti memorandum imzalayıb
ANA SƏHİFƏ / Elm və texnika
11:22 03.12.2019

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Beynəlxalq Universiteti (TAMİU) arasında müştərək proqramların həyata keçirilməsi məqsədilə razılaşdırma memorandumu imzalanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, professor-müəllim heyətinin, tələbələrin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, təhsil materiallarının və məlumat bazalarının mübadiləsi, müştərək konfrans və simpoziumların təşkili nəzərdə tutulub.

Razılaşma 5 illik müddəti əhatə edir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbində rektou Elmar Qasımovla Texas A&M Beynəlxalq Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn arasında keçirilən görüşdə akademik materialların sistematik və davamlı olaraq mübadiləsi, professor-müəllim heyəti və əməkdaşların təlim, eləcə də elmi tədqiqatlara cəlb edilməsi, eyni zamanda, tələbələrin təhsil alması məqsədilə hər iki təhsil müəssisəsi arasında araşdırma və tədris fəaliyyətinin inkişaf etdirilməsi üçün mübadilənin genişləndirilməsi müzakirə olunmuşdu.

Qeyd edək ki, TAMİU 7500-dən çox tələbəyə elm, biznes administrasiyası, tibb, incəsənət kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM